Voleybol" Azərreyl" heyətini gücləndirməyə başlayıb - İntiqam Məmmədov (AZpressAZ) FOTO=2

Voleybol" Azərreyl" heyətini gücləndirməyə başlayıb İntiqam Məmmədov (AZpressAZ) FOTO=2

Azərbaycan voleybolunun flaqmanı olan və gələn mövsüm ölkəmizi Avrokubok (Çelenc Kuboku) yarışlarında təmsil etmək hüququ qazanan "Azərreyl" qadın voleybol klubu heyətini gücləndirmək məqsədi ilə indidən transfer əməliyyatlarına başlayıb. Klubdan verilən məlumata görə, "dəmiryolçular" heyətə daha bir voleybolçu cəlb edib. Söhçət son mövsümü Amerika Universitetinin "San-Dieqo" klubunda forma geyinən 23 yaşlı ispan volebolçu Anna Nyusdan gedir. Yeri gəlmişkən, gələn mövsüm iki cəbhədə mübarizə aparmağa hazırlaşan "Azərreyl" iki gün öncə isə 24 yaşında olan amerikalı Kazmiere Braunla anlaşıb.
Annadan fərqli olaraq, Kazmiere son mövsümü Ukraynanın "Ximik"ində başa vurub. Flaqmanımız hər iki voleybolçu ilə bir illik müqavilə bağlayıb.
Bu arada klubun baş məşqçisi Famil Ağayev də açıqlama verib. Onun sözlərinə görə klubun heyətində 5-i əcnəbi, qalan isə yığmanın üzvləri olmaqla 12 voleybolçu cəmləşib. Məlum pandemiya üzündən bir araya toplaşa bilməyən voleybolçular öz evlərində məşqlərini davam etdirirlər.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !