TRİATLET Pevtsov Avropada Top-20-dədir - İntiqam Məmmədov (AZpressAZ) FOTO=2

TRİATLET Pevtsov Avropada Top-20-dədir İntiqam Məmmədov (AZpressAZ) FOTO=2

Avropa Triatlet İttifaqı qitənİn ən yaxşı atletlərinin yeni reytinq cədvəlini elan edib. Cədvəldə Azərbaycan atletləri də yer alıblar. Yığmamızın lideri, dəfələrlə müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı olan Rostislav Pevtsov aktivindəki 2414 xalla reytinq cədvəlində Top-20-ni tamamlayır. Cədvəldə ilk üçlüyü müvafiq ardıcıllıqla fransalı Vinsent Lyuis (6199 xal), ispaniyalı Mario Mola (5675) və Fernando Alarza (5125) tutur. Xatırladaq ki, Pevtsov bir neçə gün öncə Dünya Triatlet Federasiyasının açıqladığı reytinq cədvəlində 45-ci olub.
Qadınların Avropa reytinq cədvəlində yer alan təmsilçimiz Kseniya Levkovskaya (1415) 47-ci pillədə yer alıb. Bu cədvələ isə britaniyalı Corciya Teylor-Braun (6187) başçılıq edir. 2--3-cü yerlərisə müvafiq olaraq, onun həmvətənləri Cessiku Lermont (5475) və Vikki Xolland (4824) bölüşür.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !