Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə 4 qızıl medal qazanıblar - -FOTO=6

Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə 4 qızıl medal qazanıblar -FOTO=6

“Gilavar” Azərbaycan Foto Klubun təşkilatı dəstəyi ilə keçirilən növbəti beynəlxalq foto müsabiqəyə yekun vurulub.
Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazə ilə keçirilən Azerbaijan Photo Salon 2020 adlı foto müsabiqədə ilk fəfə olaraq rekord sayda ölkə və iştirakçı təmsil olunub. Müsabiqəyə dünyanın 74 ölkəsindən 854 fotoqraf tərəfindən 12 min 844 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Şimali Makedoniyadan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.
Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca beşinci beynəlxalq foto müsabiqədir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 125 mükafata 39 ölkənin 124 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov, Kərim Abbasov, Nurlan Tahirli və Əziz Kərimov qızıl medal, Aleksandr Firstov xüsusi lent, Valeriy Xlızov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 6 mükafat əldə olunub”.
Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son üç ildə beynəlxalq foto müsabiqələrdə iştirak edən fotoqrafların sayı, eləcə də qazanılan mükafatların sayı artır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !