FİZİOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR - -FOTO=2

FİZİOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR -FOTO=2

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya institutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova 01 iyul 2020-ci il tarixində keçirilən III Beynəlxalq EuropeSpa online konfransda iştirak edib.
“Covid 19 çərçivəsində sanatoriyaların yenidən açılması və kommunikasiya strategiyaları" mövzusunda təşkil edilən konfrans ingilis dilində, ZOOM platforması ilə baş tutub.
Dəvətli məruzəçi qismində Bad-Vörishofen Spa-mərkəzinin keçmiş direktoru və Hotel məktəbinin lektoru Aleksandr fon Hohenegg 2020-ci ilin iyununda ziyarət etdiyi 12 müxtəlif alman kurortunun yenidən açılması strategiyaları üzrə təcrübəsini dinləyicilərlə bölüşüb. Bildirilib ki, açılacaq sanatoriyalarda müalicə prinsiplərində edilən dəyişikliklər, yeni qaydaların tətbiqi, yaş məhdudiyyəti və sosial məsafəni gözləmək kimi təkliflər irəli sürülüb.
Yunanıstan, Lüksemburq, İtaliya və digər ölkələrin nümayəndə heyəti ilə yanaşı konfransda Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Şövqi Hüseynov və “Ekotoksikologiya” laboratoriyasının kiçik elmi işçisi Fərhad Rüstəmov da iştirak ediblər.
Qeyd edək ki, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Almaniyanın Mainz Universiteti ilə 2019-cu ildən etibarən əlaqələr yaradıb. Professor U.F. Həşimova Almaniyanın Visbaden şəhərində keçirilən beynəlxalq konqresdə tibbi bərpa və kurortologiya sahəsində geniş tətbiq edilən naftalanın müalicəvi təsirinin eksperimental tədqiqatları haqqında digər ölkə nümayəndələrinin ciddi marağına səbəb olan məruzə ilə çıxış edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !