ADAU və Aqro Dairy MMC-nin arasında növbəti onlayn görüş keçirilib - - FOTO

ADAU və “Aqro Dairy” MMC-nin arasında növbəti onlayn görüş keçirilib - FOTO

03 iyul 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev arasında növbəti onlayn müzakirə keçirilib. Mütəxəssislərin iştirakı ilə keçirilən görüşün məqsədi regional tədris mərkəzinin yaradılması ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi olub. Görüşdə regional tədris mərkəzinin layihəsinin təqdimatı olub. Təqdimatda mərkəzin məqsədi, idarə edilməsi, inzibati binası, təlim və tədris prosesinin təşkili və qiymətləndirilməsi, tələbələrin təcrübə keçməsi üçün imkanlar, laboratoriya avadanlıqları təchizat və digər məsələlərin müzakirəsi aparılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !