8-12 yaşlı bir uşağa hicab geydirmək nə deməkdir? -

8-12 yaşlı bir uşağa hicab geydirmək nə deməkdir?

8-12 yaşlı bir uşağa hicab geydirmək nə deməkdir? Burada məqsəd və mahiyyət nədən ibarətdir anlaya bilmirəm. Əgər ki, hicab taxılırsa, bu şüurlu şəkildə subyekt tərəfindən dərk olunmalıdır. Məgər bir uşaq bunu necə dərk edə bilər?!
Hicab "düçüncəsiz valideynlər"
tərəfindən kiçik uşaqlarına tətbiq edilərkən görəsən uşağa bunun önəmi necə izah olunur? Kiçik qıza "uşaqlara göz dikəbiləcək şərəfsiz insanlar mövcuddur" deyilir? Yoxsa hələ həyatı dərk etməyən qıza cinsi yetişkənlik və cinslərarası münasibətlər izah olunur??? Əgər belədirsə, bu deyilənlər azyaşlı qızın psixologiyasında düşünmürəm ki, normal situasiyalar yaratsın. Yox, əgər belə deyilsə, uşağın şüursuz şəkildə hicab taxmasına meyilləndirmək CİNAYƏT`dir...
Valideynlər bilməlidirlər ki:
Azyaşlı bir qız uşağının hicab taxmaq yox, bər-bəzəkli saç yığıb bantik, kəpənək taxmaq vaxtıdır!!!
Azyaşlı bir qız uşağının qapalılığın yox, azadlığın nə olduğunu dərk etməsi vaxtıdır!!!
Azyaşlı bir qız uşağının məhrəm naməhrəm ayırması yox, dostlarıyla əylənməsi vaxtıdır!!!
Azyaşlı bir qız uşağının günah savab yox, doğru yanlış öyrənməsinin vaxtıdır!!!
Azyaşlı bir qız uşağının həya deyə susması yox, cəmiyyət içində ürəkdolusu deyib-gülməsi vaxtıdır!!!
Azyaşlı bir qız uşağının valideynə itaət etmək yox, ailəsinə fikirlərini sərbəst şəkildə çatdıra bilməsi vaxtıdır!!!
Nə qədər ki, insanlar öz övladlarına Eynşteynin atomunu, Bethovenin "Ay sonata"sını, Da Vinçinin "Mona Liza"sını, bir sözlə elmi öyrətməyəcəksə, eyni zamanda Vətənə sevgi, Dövlətə sədaqət, Millətə bağlılıq, İnsanlığa mərhəmət, Təbiətə qayğı kimi ali hisləri aşılamayacaqsa, o cəmiyyət məhvə məhkumdur.... 
AYTAC AZADİ

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !