Gənclər polisləri belə təbrik etdi - -FOTO=10

Gənclər polisləri belə təbrik etdi -FOTO=10

Keçdiyimiz çətin günlərdə fasiləsiz olaraq çalışan, gecə-gündüz, isti-soyuq demədən, bir çox hallarda öz həyatlarını təhlükə qarşısında qoyaraq bizim təhlükəsizliyimizi təmin edən Azərbaycan polislərinin peşə bayramı ilə əlaqədar, gənclər polis əməkdaşlarına öz təbriklərini çatdırıblar.
Belə ki, gənclər Bakı şəhəri üzrə səyyar xidmət göstərən polis əməkdaşlarına yazdıqları təşəkkür açıqçalarını paylayaraq, təhlükəsizliyimiz və əmin-amanlığımızın təmin edilməsi üçün göstərdikləri xidmətlərdən dolayı onlara minnətdarlıqlarını bildirib, xidmətdə olan xanım polis əməkdaşlarına gül dəstələri hədiyyə etməklə təbrik sözlərini söyləyiblər.
Eyni zamanda, gənclər 102 xidmətinə zəng edərək də polis əməkdaşlarını təbrik ediblər.
Qeyd etmək istərdik ki, aksiyada iştirak edən gənclər karantin rejiminin qaydalarına tam riayət edərək, öz fəaliyyətlərini yaşayış yerlərinə yaxın ərazidə, sms icazə sisteminin yaratdığı 2 saatlıq açıq havada olma hüququndan istifadə etməklə həyata keçiriblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !