Masallıda Mənim polisim adlı sosial aksiya keçirilmişdir - -FOTO=14

Masallıda “Mənim polisim” adlı sosial aksiya keçirilmişdir -FOTO=14

2 iyul 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş “Mənim polisim” adlı sosial aksiya keçirilmişdir.
“Mənim polisim” adlı sosial aksiya çərçivəsində Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının iştirakı ilə Masallı rayonu ərazisində Covid-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini, dəstəyini və təşəkkürünü bildirmişlər. Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai əsayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların saglamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə bir təşəkkür olaraq rayon Gənclər və İdman İdarəsi tərəfindən polislərimizə Azərbaycanın üçrəngli bayraqları hədiyyə edilmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !