- 120 yaşlı pəhləvan

120 yaşlı pəhləvan

Azərbaycanımız onun təkcə incəsənət, mədəniyyət ustaları, elm xadimləri ilə deyil, lap qədimlərdən cəngavərləri, qoluzorlu oğulları ilə də şan-şöhrət qazanmışdır. Belə qəhrəmanlara xalq hətta əfsanələr qoşmuş, onları öz folklor nümunələrində vəsf edərək günümüzədək yaşatmışdır.
Öz dövründə əfsanələşmiş real xalq bahadırlarından biri də ötən əsrin 20-ci illərindən 60-cı illərinədək dünyanın ən məşhur klassik güləş ustalarının qəniminə çevrilmiş, "Qafqaz Şiri" ləqəbi ilə adı məğlubedilməzlik simvoluna çevrilmiş Azərbaycanın sirk və güləş ustası, Azərbaycanın xalq artisti Rəşid Yusifovdur.
Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə çoxsaylı çıxışlarından yığılan milyonlarla vəsaiti trank, top, təyyarə düzəltmək üçün müdafiə fonduna keçirən yenilməz pəhləvanın bu il 120 illik yubileyidir. Yəqin ki bu barədə Azərbaycan Dövlət Sirki, Mədəniyyət Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi birgə tədbirlər planı işləyib həyata keçirəcəklər.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın klassik pəhləvanlarını arayıb-axtaran, onlar haqqında real faktiki materiallara söykənən sənədli povestlər, məqalələr yazıb dərc etdirən yazıçı-jurnalist Şərif Kərimli o pəhləvanların bir çoxları ilə canlı ünsiyyətdə olmuşdur.
İnanırıq ki, Rəşid Pəhləvanın yubileyinin keçirilməsi təkcə mütəxəssislər üçün deyil, həmçinin müharibə dövrünü yaşayan gənclərimiz üçün də çox böyük örnək olar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !