Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması mövzusunda təlimlər keçiriləcək -

“Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçiriləcək


"Xalça Dünyası Assosiasiyası" İctimai Birliyi “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlərin təşkili layihəsinin icrasına başlayır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi müsabiqəyə təqdim edilmiş və qalib olmuşdur.
Quba rayonunda icra olunacaq layihənin məqsədi Azərbaycan xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafına, eyni zamanda xalçaçılıq sənətinin iqtisadi cəhətdən gəlir mənbəyi kimi tanıdılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində xalçaçılıq sənətinin öyrədilməsi üçün lazım olan dəzgahlarla və alətlərlə təchiz olunmuş məkanda nəzəri və praktiki təlimlər təşkil ediləcəkdir. Əsas məqsəd regionun ucqar ərazilərində xalçaçılıq potensialının artırılması və xalçaçılıq sahəsində ixtisaslı kadr hazırlığının həyata keçirilməsidir. Eyni zamanda, regionda və ucqar kəndlərində sahibkarlığın inkişafına stimul vermək məqsədi ilə layihə iştirakçılarına peşə sahibi, peşəyə yiyələnməklə yanaşı, həmçinin bu sənətə sahib olmaqla gəlir əldə etmək imkanı qazandırmaq əsas vəzifəmizdir.
Layihədə regionun əsasən ucqar kəndlərində yaşayan, xalçaçılıq peşəsinə böyük marağı olan və bu peşəyə yiyələnmək istəyən 10 nəfər xanımın iştirakı nəzərdə tutulur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !