AQTA koronavirusun (COVID-19) profilaktikası çərçivəsində daha 209 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib - - FOTO

AQTA koronavirusun (COVID-19) profilaktikası çərçivəsində daha 209 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib - FOTO

 Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Belə ki, AQTA əməkdaşları tərəfindən 03 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 52 ictimai iaşə obyekti, 157 ərzaq satışı mağazası olmaqla ümumilikdə 209 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
 


- Bakı şəhəri üzrə:

“Good food Azerbaijan” MMC-yə məxsus ərzaq mağazası, “24 saat”, “Xəzər”, “Panda”, “Savalan”, “Yeni market”, “Sizin” marketlər, İmaməliyev Ələkbər Hacıağa oğluna, Nəbiyev Əlihüseyn Əlibaba oğluna, Qurbanov Zaur Paşa oğluna, Məmmədova Nəzmiyə Rəsul qızına, Qambayev Elşən Zülfiqar oğluna, Abdullayev Məmmədəli Qasım oğluna məxsus marketlər
 


Digər şəhər və rayonlar üzrə:

- Sumqayıt şəhərində “Qayalı”, “Cavid”, “Günel” və Haqverdiyev Mətanət Rəcəb qızına məxsus ərzaq mağazaları

- Göyçay rayonunda “Göygöl”, “İnci”, “Bizim bağ”, “Röya”, “Delux” kafeləri, Mikayılov Suliddin Mikayıl oğluna məxsus kafe və İsrafilov Ənvər Sirac oğluna məxsus market

- İsmayıllı rayonunda “Orxan”, “Nihat” və “Oba” marketlər

- Ağsu rayonunda “Qaqaş” kafe, “Nicat” market, Həmidov Xalis Şükür oğluna məxsus ərzaq mağazası

- Kürdəmir rayonunda Gərayev Məhəmməd Abdulqədir oğluna məxsus ərzaq mağazası

- Xaçmaz rayonunda Rüstəmov Fərman Piristan oğluna, Ağabəyov Alik Sadıq oğluna məxsus ət satışı mağazaları

- Xudat rayonunda Qafarov Ayətşah Şaral oğluna, Sərdarov Xanlar Əmirsultanoviç oğluna və Əhmədov Elxan Eldar oğluna məxsus kafelər

- Sabirabad rayonunda Mehtiyev Mehman Ağabala oğluna məxsus ərzaq mağazası və “Aura” market

- Bərdə rayonunda Zərgərov Şövqi İmran oğluna, Hümbətov Nicat Xalid oğluna məxsus ərzaq mağazaları

- Ağdam rayonunda Əliyev Əli Alış oğluna məxsus “Quzanlı” kafe, Quliyev Rəmzi Xəlil oğluna məxsus “Ağdam” market, Ələsgərov Bəxtiyar Sədrəddin oğluna, Rəhimov Xaliq Səfqulu oğluna, İsmayılov Vəzirxan Əkbər oğluna, Baxşəliyev Zabir Cavanşir oğluna məxsus ərzaq mağazaları, Ələsgərov Adil Sərdar oğluna və Səfərov Mübariz Qədimalı oğluna məxsus kafelər

- Balakən rayonunda “Al” market, Səfərzadə Hafiz Sabir oğluna, Eminov Kamil Əhməd oğluna məxsus marketlər, Xalayeva Nargilə Ziyov qızına məxsus kafe

- Qəbələ rayonunda “Oba” və “Al” marketlər, Əlicanov Elçin Eldar oğluna, Cəbiyev Ağahüseyn Abdulhüseyn oğluna məxsus marketlər

- Qax rayonunda Qəniyev Malik Nəcəf oğluna, Xasıyev Ənvər Araz oğluna məxsus marketlər

- Oğuz rayonunda Atakişiyev Aqil Bəhram oğluna, Nəbiyev Səxavət Knyaz oğluna məxsus kafelər

- Şəki şəhərində “Bazarstore” market, Hüseynli Qurban Abid oğluna məxsus kafe

- Lənkəran şəhərində “Fədək” və “Aura” marketlər

- Göygöl rayonunda “Məngük” və “Qala dibi” restoranlar

- Goranboy rayonunda “Sahib” market

- Ağstafa rayonunda “Sərinlik” kafe, “Bizim” və “Səmədoğlu” marketlər

- Qazax rayonunda “Məkan” kafe

- Tovuz rayonunda “Oba” market və Əhmədov Ərəstun Abuzər oğluna məxsus ət satışı mağazası

- Ucar rayonunda “Göbələk” restoranı, “City klub” və “Qumlaq” kafelər, “Elvin” market
 


Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !