Penitensiar xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirmişdir -

Penitensiar xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirmişdir

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Yasamal rayon Polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs qismində Bakı İstintaq təcridxanasında saxlanılan Muradov Zülfi İlqar oğlu həbs edilməmişdən əvvəl Yasamal rayonu ərazisində yerləşən evində gizlətdiyi 1 ədəd “Eskort” markalı Vinçester tüfəngini könüllü olaraq təhvil vermişdir.

Faktla bağlı araşdırma aparılır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !