Ömür dedikləri... - Bahar Muradova yazır

Ömür dedikləri... Bahar Muradova yazır

Ömür ötüb kecir bizdən xəbərsiz,
Sanki arxamızca caparlar gəlir.
Həyat dediyimiz bir quş misalı,
Ucub br andaca bizi tərk edir.

 

Saxlaya bilmərik bircə anı da,
O nə mənimkidir, nə səninkidir.
Sürətlə dəyişən vaxt axarında,
İnsanlar zərrə tək qeybə cəkilir.

 

Ortada qalansa bir təsəllidir,
İnsanla zamanın əlaqəsindən.
Yolüstü küləyə pıçıldamaqcün,
Məndən gələcəyə xəbər apar sən!

 

De ki,bu dünyadan mən də kecmişəm,
Aydın bir səhərin şəfəqlərindən,
Qaranlıq gecənin ulduzunadək,
Özümə qəribə tale secmişəm.

 

Demişəm günəşəm,demişəm ayam,
Təbiət istəyib,mən də doğmuşam.
Aycicək geyimli, günəş həvəsli,
Bu Odlar yurduna bağlı yıldızam.

 

Gücümü bu yerdən, bu oddan alıb,
Sabah doğmaq ücün bu gün batmışam.
Gecədən gündüzə ümid bağlayıb,
İnam qapısına əl uzatmışam.

 

Hər kecən günləri ömürdən bilib,
Onu duymaq ücün hey can atmışam.
Hər cətin dönəmin bir asanı var
Tanrım qoruyacaq bizi sanmışam.

 

Unutma dünyanın bu vərdişini,
Biz nə sonuncuyuq,nə də birinci.
Ey Vətən övladı,bacım,qardaşım,
Şərəflə gəl yaşa bu cətin günü !... 

 

Bahar Muradova

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !