Gülağa Tənha - "Qızıl yarpaq, Tənha səs" ifa: Ruslan Səfəroğlu

Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Ruslan Səfəroğlu

"Qızıl yarpaq, Tənha səs" müsabiqəsinin növbəti iştirakçısı Ruslan Səfəroğludur. Gənc qiraətci Ruslan, xeyriyyəçi-şair Gülağa Tənhanın “Öz dərdi özünə bəsdi” şeiri ilə çıxır edir. Şeirin yazılma tarixini nəzərdən keçirsək görəcəyik ki, şeir 1999 – ci ilin may ayının 20 də məhz şairin doğum günündə yazılmışdır. Bununla Gülağa Tənha bir növ həyat baxışına, avtobioqrafiyasına işarə etmişdir...

 

 

ÖZ DƏRDİ ÖZÜNƏ BƏSDİ


Ömür yaşayıram,
yalan olmadım,
Namərdlər əlində talan olmadım,
Çəkinib yolundan qalan olmadım,
Öz dərdi özünə bəsdi dünyanın.
Dinmədim, səsimi daşa çəkdilər,
Hayqırdım, əlimdən «haşa» çəkdilər,
Nadanı, yaltağı başa çəkdilər,
Öz dərdi özünə bəsdi dünyanın.
Keçənlər gördülər, keçib getdilər,
Bir içim suyunu içib getdilər,
Getdilər,
biryolluq köçüb getdilər,
Öz dərdi özünə bəsdi dünyanın.
Dərdi bir kimsəyə əyan olmadı,
Nə çəkdi, anlayan, duyan olmadı,
Dindirən olmadı, sayan olmadı,
Öz dərdi özünə bəsdi dünyanın.
Meylini yad gülə salmadı Tənha,
Yad yolun yolçusu olmadı Tənha,
Yolundan, izindən qalmadı Tənha,
Öz dərdi özünə bəsdi dünyanın.

 


Moskva, 20 may, 1999

 

 

 

 

şeir: Gülağa Tənha " Dərdi özünə bəsdir "
ifa : Ruslan Səfəroğlu

 

Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !