Bu gün 4203 tələbə imtahanda iştirak edib - - FOTO

Bu gün 4203 tələbə imtahanda iştirak edib - FOTO

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

İyulun 8-də onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə176 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsi üzrə təhsil alan 183 qrup üzrə 4058 (68 nəfəri SABAH qrupları olmaqla), qiyabi şöbədə magistratura səviyyəsində isə 48 ixtisaslaşmada 19 fənn üzrə 145 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 223 tələbə imtahanlarda iştirak edib.

İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yaradılan texniki işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir. İmtahanda təqdim edilən biletdə 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Sessiya iyulun 10-da yekunlaşacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !