AHK AZƏRBAYCANIN İLK ONLAYN AHK İMPULS TƏDBİRİ TURİZM SAHƏSİNƏ HƏSR OLUNUB -

AHK AZƏRBAYCANIN İLK ONLAYN AHK İMPULS TƏDBİRİ TURİZM SAHƏSİNƏ HƏSR OLUNUB

8 iyul 2020-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv
şirkətlər üçün ilk onlayn AHK İmpuls tədbirini təşkil edib. Görüş koronavirus pandemiyasının
Azərbaycanda turizm sənayesinə orta və uzunmüddətli təsirinə həsr olunub. AHK İdarə
Heyətinin Sədri cənab Fərid İsayevin salamlama nitqindən sonra Turizm Bürosunun İdarə
Heyətinin sədri cənab Florian Zenqstşmid “Pandemiya dövründə Azərbaycanın Turizm
Sənayesi” adlı məruzə ilə çıxış edib.
Görüş zamanı cənab Zenqstşmid turizm sənayesinin pandemiya dövründə vəziyyəti, ölkədə
turizmin 4 mərhələli bərpa planı və sənaye nümayəndələrinə verilən dəstək mexanizmləri
haqqında məlumat verib. Həmçinin, o, Turizm Bürosu tərəfindən təşkil olunan yeni təşəbbüsləri,
"SAHMAN" ("Sanitariya və Gigiyena Metodları və Normaları") proqramı və "Macəra
yaxındadır" daxili turizm kampaniyası, haqqında ətraflı danışıb.
Turizm sektoru daxilində standartların yenidən qiymətləndirilməsinin və artırılmasının
vacibliyini vurğulayan cənab Zenqstşmid, “SAHMAN” proqramının Azərbaycanda bütün
tərəfdaşları cəmiyyətin sağlamlığının qorunması və sənayenin bərpası baxımından daha yaxşı
təcrübələr tətbiq etməyə çağırdıqlarını vurğulayıb. Bundan əlavə, qeyd olunub ki, “Macəra
yaxındadır” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli
əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası
vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.
Bundan sonra, “Hyatt Regency Baku” hotelinin baş meneceri Volter Qaq və “Deutsche Lufthansa
AG” şirkətinin satış üzrə baş meneceri Rene Koinzak müvafiq olaraq qonaqpərvərlik və nəqliyyat
sektorundakı COVİD-19-un iqtisadi fəsadları, mövcud olan çətinliklər və pandemiyadan sonrakı
bərpa dövrü haqqında dəyərli fikirlərini təqdim ediblər.
Tədbir üzv şirkətlərin sorğularına dair olan Sual-Cavab sessiyası ilə yekunlaşıb. Qeyd edək ki,
AHK Azərbaycan bu çətin dövürdə bənzər iclaslar və onlayn tədbirlər təşkil etməklə üzvlərini
lazımi məlumatlarla dəstəkləməyə davam edəcəkdir.

***

AHK Azərbaycan haqqında:
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman
iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı
məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi
İttifaqından (DAWF) yaradılmışdır. 140-dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın
Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında
və siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını
fəal şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin geniş çeşiddə etibarlı biznes və hüquqi
xidmətlər təklif edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !