Tezliklə: Hydro-Heroes Vətəndaşların yerli su sızmaları barədə məlumat verməsi üçün mobil tətbiq istifadəyə veriləcək - - FOTO

Tezliklə: “Hydro-Heroes” Vətəndaşların yerli su sızmaları barədə məlumat verməsi üçün mobil tətbiq istifadəyə veriləcək - FOTO

Bakı, 10 iyul 2020-ci il: Bu gün Kür çayı hövzəsinin bütün əsas tərəfləri üçün “Hydro-Heroes” mobil tətbiqinin ilk virtual təqdimatı keçirildi.

Bu mobil tətbiq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərsu ASC, İDEA və BMTİP-QEF Kür II Layihəsi tərəfindən hazırlanır.

Mobil tətbiq bütün vətəndaşları mobil telefonları vasitəsilə su sızması barədə məlumatları geolokasiya etiketlərindən istifadə edərək bələdiyyələrin su təşkilatlarına və Azərsu'ya birbaşa bildirməyə təşviq etmək məqsədi daşıyır.

Mobil tətbiqdə həmçinin təhsil komponenti var - buraya suyun qorunması ilə bağlı məsləhətlər və ev təsərrüfatlarının gənc üzvləri üçün əyləncəli oyunlar daxildir.

Mobil tətbiq, Instagram, Facebook, Twitter, WhatApp kimi sosial media platformalarında istifadə edilə bilər. İstifadəçilərin Kür çayı haqqında daha çox məlumat əldə etmələri üçün “Kür Boğçası” tədris vasitəsinin genişləndirilmiş reallıq versiyası da təqdim edəcəkdir.

Mobil tətbiqin tamamlanmış beta versiyasının 2020-ci il avqust ayının sonlarında Azərbaycan, Gürcüstan və digər ölkələrdə ictimaiyyət üçün istifadəyə verilməsi gözlənilir.

Su çatışmazlığı qlobal problemdir. İnsanlar kömək etmək istəyir, amma nə etməli olduqlarını bilmirlər. Şəhərlərdəki su sızmaları qiymətli şirin su ehtiyatlarının böyük ölçüdə tükənməsinə səbəb olur. Su sızmaları haqqında məlumatın daha sürətli şəkildə bildirilməsi və bu problemin ən tez zamanda aradan qaldırılması ilə suya daha çox qənaət edilə bilər. Bu mobil tətbiq hər kəsə hidro-qəhrəman olmağa kömək edəcəkdir.
 

Ətraflı məlumat üçün daxil olun: https://kura-river.org/
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !