Azay Quliyev seçicilərlə videogörüş keçirib - - FOTO

Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüş keçirib.

Videogörüşdə iştirak edən seçicilər bank və müştəri arasındakı kredit öhdəlikləri, mənzilin zəbt edilməsi, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri isə aidiyyəti qurumların yerli idarələrinin rəhbərləri qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Deputat görüşdə qaldırılan bütün məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.

Sonda Azay Quliyev seçicilərinə müraciət edərək bildirib ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə coxsaylı tədbirlər həyata keçirilməsinə baxmayaraq Binəqədi rayonunda bu xəstəliyə yoluxma sayının artması narahatçılıq yaradır: “Əziz seçicilərdən, hörmətli Binqədi sakinlərindən xahiş edirəm ki, əhalinin, o cümlədən həssas qruplardan olan yaşlıların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə qeyd-şərtsiz əməl etsinlər. Yeni növ koronavirus infeksiyası üçün xarakterik simptomları hiss etdikdə özünüzun və yaxınlarınızın həyatını xilas etmək məqsədi ilə dərhal aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) müraciət edin. İnanıram ki, hazırkı vəziyyətdən maksimum məsuliyyətli olmaqla və dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşların hərtərəfli dəstək göstərməsi nəticəsində uğurla çıxacağıq”.

Qeyd edək ki, görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov da iştirak edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !