Türkiyəyə müalicə üçün aparılan - Vahid Əhmədovdan xəbər var

Türkiyəyə müalicə üçün aparılan Vahid Əhmədovdan xəbər var

 “Hazırda millət vəkili Vahid Əhmədovun səhhəti normaldır. Artıq müalicəsi bitmək üzrədir”.

Bunu açıqlamasında millət vəkilinin köməkçisi Arif Orucov bildirib.

O qeyd edib ki, V.Əhmədov özünü yaxşı hiss edir:

“Hər gün əlaqə saxlayıram, vəziyyəti stabildir. Risk geridə qalıb. Bazar ertəsi həkimlər bir də müayinə edəcək və rəy verəcəklər. Daha sonra Azərbaycana qayıtması barədə qərar qəbul ediləcək”.

Qeyd edək ki, bir neçə müddət əvvəl Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yarandığı üçü o, təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !