FUTBOL-Yığmanın sükanı kimə tapşırılır? - FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

FUTBOL-Yığmanın sükanı kimə tapşırılır? FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

 Nəhayət ki, AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) İK ölkənin futbol üzrə əsas komandasını çalışdıracaq şəxsin kimliyini açıqlayıb. Yığma azarkeşlərinin səbirsizliklə gözlədikləri italiyalı mütəxəssis Canni De Byazi olub. AFFA ilə Byazi arasında demək olar ki, nəzərdə tutulan bütün danısıqlar razılaşdırılıb. Lakin koronavirus opandemiyasına görə Byazinin Azərbaycana gəlişi hələlik mümkünsüz olduğundan tərəflər müqaviləyə imza atmayıblar. Bunun isə səbəbi müqavilənin maliyyə tərəfidir. Belə ki, müqavilə bağlanacağı təqdirdə, Byazi Bakıya gələ bilməsə də, əmək haqqısını almaq imkanı olurdu. AFFA isə buna risk etmədiyindən imzalanma mərasimi qeyri-müəyyən vaxta qədər saxlanılıb. Hər şey istənilən kimi olarsa, onda Byazi bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan Millətlər Kubokunda yığmamızı meydana çıxaracaq. Bütün bunlarla yanaşı, AFFA Arif Əsədovun yığmada ikinci məşqçi təyin edilməsi haqda qərar qəbul edib.
Xatırladaq ki, karyerasının çox hissəsini klub məşqçisi kimi keçirən italiyalı mütəxəssisin yığma səviyyəsində ilk və ən böyük uğuru Albaniya millisini Avro-2016-nın final mərhələsinə çıxarması olub. Qrupda Rumıniyanı məğlub edən (1:0) Albaniya Fransa və İsveçrə ilə bacarmayıb. Lakin onun bu uğurunu albanlar qəhrımanlıq kimi dəyərləndirblər.
Byazi klub çalışdırıcısı kimi, "Torino" (2005\06) və "Modena" da (1999\2000) fəaliyyət göstərib.
Maraqlıdır, görəsən Albaniya yığmasını Avropa Çempionatının final mərhələsinə çıxarmaqla bu ölkədə tarix yazan Byazi indiyədək bir dəfə də olsun AÇ mərhələsinə çıxa bilməyən və həmişə də seçmə qrup mərhələsində (istər AÇ, istərsə dəDÇ-də) yer aldığı qrupun yalnız aşağıdan ikincisi olan Azərbaycan millisində də tarix yaza biləcəkmi?
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !