ŞAHMAT-Olimpiya yığmamızın heyətində kimlər yer alıb? - FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

ŞAHMAT-Olimpiya yığmamızın heyətində kimlər yer alıb? FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Beynəlxalq Şahmat Federasiyası (FİDE) kişi və qadınlar arasında onlayn fprmatda şahmat Olimpiadası keçirəcək. İyulun 22-dən avqustun 30-dək davam edəcək turnirdə Azərbaycan yığması da iştirak edəcək. Olimpiadanın startına sayılı günlər qalmış Azərbaycan yığmasının heyəti açıqlanıb. Kişilərdən ibarət əsas komandanın heyətinə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Əsədli, qadınların əsas heyətinəsə Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva triosu daxil edilib. Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayevadan ibarət altılıq isə ehtiyat oyunçular sırasında yer alıb. Kişi komandasına Eltac Səfərli, zəif cinsdən olanlara isə Rəhim Qasımov kapitanlıq edəcək. Bir məqamı da qeyd edək ki, Azərbaycan yığması Top-divizionda cıxış edəcək.
Bu arada qadın yığmamız Ukraynadan olan həmkarları ilə Ümumdünya Şahmat Günü ilə bağlı matç keçirmək qərarına gəlib. Bu matçda yuxarıda adları çəkilən qadın şahmatçılarla yanaşı, Zeynəb Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla və Nərmin Xələfova dördlüyü də iştirak edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !