Gülağa Tənha - "Qızıl yarpaq, Tənha səs" ifa: Sahib İbrahimov

Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Sahib İbrahimov

"Qızıl yarpaq, Tənha səs” musabiqəsinin bitməsinə artıq bir neçə iştirakçı qalır. Onların çıxışından sonra münsiflər heyətinin qərarı ilə qaliblər elan edilərək final musiqisi səslənəcəkdir. İndi isə sizə müsabiqənin növbəti, xanəndə iştirakçısı Sahib İbrahimovun ifasını təqdim edirik. Nəzərinizə çatdırırıq ki, adı çəkilən müsabiqədən sonra, xeyriyyəçi – şair Gülağa Tənha yaradıcılığı ilə yaxından maraqlananlar “Mən Allah adamıyam” kitabının təqdimatı mərasimini izləyə biləcəklər.

 

 

 

 


İNCİTMƏ MƏNİ

 

 

Hər gün, hər axşam
Gözlərəm səni.
Tənha qalmışam
İncitmə məni.
Ey nazlı canan,
Gözləri ceyran,
Mən sənə heyran,
İncitmə məni.
Vuruldum sənə,
Yandım eşqinə,
Zülm etmə mənə,
İncitmə məni.
Sənsən həyatım,
Eşqim-büsatım,
Ən xoş saatım,
İncitmə məni.
Qollarını aç,
Ömrümə nur saç,
Başıma ol tac,
İncitmə məni.
Gülağa vurğun,
Kədərli, yorğun.
Çöhrəsi solğun,
İncitmə məni.

 

 

GÜLAĞA TƏNHA. Sumqayıt, 04.10.2003

 

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !