Gülağa Tənha - "Payız yağışı" Klipinin müzakirəsi

Gülağa Tənha "Payız yağışı" Klipinin müzakirəsi

 Azpress.az – saytı “Lider” televiziyasında Elnurə Mədətovanın aparıcılığı ilə “Səhər çağı” verilişinidə “Payız yağışı” adlı klipin müzakirəsi keçirilib. Mahnının sözlərinin müəllifi olan xeyriyyəçi – şair Gülağa Tənha bildirir ki, sənətçi Həlimət Sultan onun üç fəlsəfi şeirinin birləşməsindən bir kompazisiya əsrsəyə gətirib. Daha sonra isə mahnının xarakterinə uyğun klip ərsəyə gəlib. Daha ətraflı video linkdə...

 

 

 


Gülağa Tənha " PAYIZ YAĞIŞI "

 

Bu payız yağışı durmadan yağır,
Ötən illərimi andırmaq üçün.
Sevdalı günləri yadıma salır,
Qəlbimi yenidən yandırmaq üçün.
Bir dünya sevgimiz yeləmi döndü,
Bizi ayrı salan vaxta nə deyim.
Eşqin gur ocağı qaralıb söndü,
Taleyə nə deyim, baxta nə deyim?
Alın yazımızı Tanrıdı yazan,
Dünya bir kimsəni vecinə almır.
Həsrətə dözməyi kim sanır asan,
Ha yalvar, ürəkdə təpər də qalmır. 
Bu payız yağışı yağır ömrümə,
Bir də o günlərə qayıtmarıq biz.
Bir sevgi həsrəti yağır qəlbimə,
Hicran ağrısını unutmarıq biz.

 

 

 

 

 

 

 

Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !