Avtomobillərin gizli saxlanc yerlərindən siqaretlər aşkarlandı - - FOTO

Avtomobillərin gizli saxlanc yerlərindən siqaretlər aşkarlandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əssasında siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" və "Mercedes-Benz" markalı yük avtomobilləri saxlanılıb, gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 3000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !