Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır - -FOTO=2

Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır -FOTO=2

Cəbhəboyu zonada yerləşən hərbi birliklərin müxtəlif poliqonları və təlim mərkəzlərində keçirilən təlimlər yekunlaşıb.
Təlimlər çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyət və zirehli texnika əməliyyat təyinatı rayonlarından daimi dislokasiya məntəqələrinə qaytarılır.
Qeyd edək ki, döyüş hazırlığı planına uyğun olaraq son günlər müxtəlif istiqamətlərdə aidiyyəti hərbi hissələrin cəlb olunması ilə gecə və gündüz vaxtı intensiv təlim və məşqlər keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə mütəmadi bu cür hərbi təlim və məşqlərin keçirilməsi planlaşdırılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !