Canni De Byazi: "Mən yeni "döyüşdən" qorxmuram" - FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Canni De Byazi: "Mən yeni "döyüşdən" qorxmuram" FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

"Hesab edirəm ki, artıq məni Azərbaycan komandasının baş məşqçisi adlandırmaq oalr" - bu sözləri Azərbaycanın futbol üzrə əsas yığmasına yenicə təyin edilən italiyalı mütəxəsis Canni De Byazidir. Yeni iş yeri ilə bağlı mətbuata açıqlama verən Byazi işinə başlaması üçün razılaşmanın azacıq detallarının qalığını gizlətməyib: "Bizim danışıqlarımız demək olar ki, yarım il davam etdi və sonda anlaşa bildik. İndi razılaşmanın yalnız az bir hissəsi qalıb. Açığı deyim ki, Azərbaycan komandasında ilə işləməyə mənim böyük arzum var. Bu ölkəyə gəlmək mənim üçün yeni çağırış olsa da burada işləməyə hazıram. Gələn ayın əvvəlində Bakıya uçmaq və orada işimi davam etdirmək niyyətindəyəm. Bu arada vaxt tapıb Azərbaycan yığmasının bir neçə matçını da izləmişəm. Bəli, bu komandanın potensialı var. Bununla belə, mənim və köməkçilərimin işi çox olacaq. Hər halda nəyin üzərində işləyəcəyimizi bilirəm. Məni yeni "döyüşdən" əsla qorxutmur. Millətlər Kubokunun startına az vaxt qalır. Bu qısa zaman çərçivəsində bizim işimiz çox olacaq" - yığmamızın italiyalı yeni baş məşqçisi belə deyib. Bu arada Byazinin özü ilə birlikdə Azərbaycan yığmasına gtirəcəyi köməkçiləri də bəlli olub. Bunlar onun həmyerliləri - Benito Karbone və Klaudio Belluççidir. Xatırladaq ki, Karbone "Venetsiya", Belluççi isə "Albissol"da çalışıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !