Rafael Ağayevin lisenziyası ləğv edilməyib - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Rafael Ağayevin lisenziyası ləğv edilməyib -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Bu haqda xəbəri beş qat dünya və 11 qat Avropa çempionu adını daşıyan idmançı "Report"un "instaqram" səhifəsində canlı yayım zamanı özü elan edib. "Tokio-2020 Yay Olimpiya Oyunlarına qazandığım lisenziya ləğv olunmayıb. Sadəcə demişdilər ki, lisenziya xarakterli yarışlar dayanıb. Hər bir idman növündə lisenziy müəyyən qaydalar çərçivəsində verilir. Karatedə reytinq cədvəli üzrə hər çəki dərəcəsində ilk 5 yeri tutan bu hüquqa sahib olur. Mən isə ilk üçlüyü tamamladığım üçün lisenziya qazanmışam. Düzdür, koronavirus pandemiyasına görə Olimpiya təsnifatlı iki turnir təxirə salındı. Şükürlər olsun ki, mənim pandemiyaya qədər topladığım xallar mənə reytinq cədvəlində 3-cü yeri tutmaq imkanı verib. İndi qalan o iki turnirdə iştirak etməsəm belə, yenə də hazırda 5-ci olan idmançının məni qabaqlamaq imkanı yoxdur".
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !