Botanika İnstitutu Azərbaycanın nadir bitkilərin mühafizəsi üzrə beynalxalq səviyyəli çöl tədqiqatlarını həyata keçirir - -FOTO=6

Botanika İnstitutu Azərbaycanın nadir bitkilərin mühafizəsi üzrə beynalxalq səviyyəli çöl tədqiqatlarını həyata keçirir -FOTO=6

Botanika sahəsində Respublikamızın mərkəzi olaraq, AMEA Botanika İnstitutu iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi ilə bağlı müasir çağırışların həlli üçün beynəlxalq elmi cəmiyyətə inteqrasiya olunub, dünyanın aparıcı xarici tərəfdaşları ilə birgə elmi tədqiqatlar aparır. Təhlükə altında olan və faydalı bitki növlərinin mühafizəsi məqsədilə həyata keçirilən İngiltərənin Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə həyata keçirilən “Biomüxtəlifliyin Təhlükə altında olan Qaynar Nöqtələri Proqramı” layihəsi bu fəalliyətin bir nümünəsidir.
Son illərdə qlobal miqyasda müşahidə edilən ətraf mühit dəyişiklikləri Azərbaycanın unikal bitkilərin mövcudluğu üçün dönməz bir şəkildə təhdid hesab edilə bilər. İntensiv antropogen fəaliyyət (neft hasilatı, rekreasiya, infrastrukturun genişləndirilməsi) bitki örtüyündə "qırmızı" kritik zonaların yaranmasına gətirib çıxarmışdır ki, bu da öz növbəsində bəzi bitki növləri üçün itmə təhlükəsi yaratmışdır. Qeyd etmək lazımdır ki, ölkəmizin florası qiymətli dərman, qida və dekorativ kimi faydalı, eləcə də endem və relikt bitki növləri ilə zəngindir. Bu kimi növlərin gələcək nəsillər üçün qorunub saxlanılması, çoxaldılması və elmi-tədqiqat işlərinin aparılması məqsədilə onların toxumlarının toplanılması ilə ex situ mühafizəsinin təşkilindən öncə çoxsaylı monitorinq işlərinin aparılması zəruridir.
Carı ilin yaz-yay aylarında AMEA Botanika İnstitutunun bir sıra əməkdaşları - Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdüri, b.e.d. N.Mehdiyeva, Herbari şöbəsinin müdüri, b.ü.f.d. P. Qaraxani, Toxum Bankı sektorun müdiri A.İbrahimova, b.ü.f.d., a.e.i. R.Abdıyeva, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. K. Əsədova, e.i. Nigar Mürsəl, gənc magistrant və doktorantlardan ibarət qruplarda məqsədli toxum kolleksiyalarının toplanılması üzrə ölkənin müxtəlif rayonlarında çöl şəraitində aparılan espedisiyalarda iştirak etmişlər. Böyük Qafqaz dağ silsiləsinin dağlıq və dağətəyi ərazilərini əhatə edən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonları, Kür-Araz ovalığında yerləşən Kürdəmir rayonu və Abşeron rayonu ərazisində vaxtaşırı monitorinq və araşdırmalar aparmışlar.
Təhlükə altında olan və faydalı nadir bitki növlərinin mühafizəsi məqsədilə həyata keçirilən yuxarıda adı çəkilən beynəlxalq layihə çərçivəsində cari dövr üçün hədəf siyahı hazırlanmışdır. Daha sonra bitki növlərinin çiçəkləmə və meyvəvermə dövrü, yayılma əraziləri, endemizm və təhlükə altında olması, faydalı xüsusiyyətləri və s. məlumatları əhatə edən məlumat bazası tərtib edilmişdir. Beləliklə, cari ildə layihə üzrə mart-iyul aylarında Azərbaycanın yuxarıda qeyd edilən
rayonlarında aparılan çöl işləri zamanı 21 bitki növünün toxum, herbari və çöl məlumatları toplanılmış, onlara şəkil və digər materiallar əlavə olunmuşdur.
Bununla yanaşı, olkəmizin 5 rayonu üzrə 26 nadır bitki növünün 40 senopopulyasiysı tədqiq edilmiş, onların müasir vəziyyəti və mühafizə statusu qiymətləndirmişdir. Tədqiqatlar müxtəlif meşə massivlərində müəyyən edilmiş pilot sahələrində aparılmışdır. Bu zaman 300-ə qədər herbari nümunəsi yığılaraq təyin olunmuş və İnstitutun mövcud herbari kolleksiyasının zəngilləşdirilməsi və gələcək tədqiqatların aparılmasında istifadə olunması məqsədi ilə xüsusi şəraitdə saxlanılmışdır.
Ekspedisiyalarda müşahidə olunan karantinin təbiətə təsirinin mühüm fenomenini xüsüsi ilə qeyd etmək lazımdır: antropogen yüklənmənin azalması (əhali tərəfindən dərman və gida bitkilərin toplanması, taptalanma və s.) əvvəlki illərdə az qala yoxa çıxan bəzi nadir növlərin çoxalmasına səbəb olmuşdur. Məsələn, Limodorum abortivum (L.) Sw., Phelypaea coccinea (M. Bieb.) Poir. və s. kimi təhlükə altında olan növlərin əvvəlki illərə nisbətən fərdlərinin sayının artımı müşahidə edilmişdir. Lakin, bəzi bitki növlərinin sayına təbii mühitdə hələ də az sayda rast gəlinir. Layihə çərçivəsində Azərbaycanın bir endem bitki növü (Calligonum bakuense Litr.) və Qafqazın üç endem bitki növlərinin (Galanthus caucasicus (Baker) Grossh., Tulipa eichleri Regel və Iris carthaliniae Fomin) toxumları toplanılmışdır. Digər toplanılmış bitki növləri isə təhlükə altında olaraq, Azərbaycanın Qırmızı Kitabın 2-ci nəşrinə daxil edilmişdir. Bəzi növlərin yeni yayılma arealları monitorinqlər və müşahidələr zamanı müəyyənləşdirilmişdir.
Pandemiya COVİD-19 həyatımızın bütün aspektlərinə ciddi mənfi təsirinə baxmayaraq, insanların həyatının əsasını təşkil edən bitki örtüyünün mühafizəsi üzrə Botanika İnstitutun alimləri bu mühüm işi davam etdirillər. Eyni zamanda, bu səylər dövlətimizin dəstəyi olmadan mümkün olmazdı. O, bizə bu qeyri-müəyyən vaxtlarda missiyamızı davam etdirməyə, maddi cəhətdən təmin etməyə və mənəvi cəhətdən bizi dəstəkləməyə daimi kömək edir.
Qeyd etmək lazımdır ki, alınan nəticələr son günlərdə həmin beynalxalq proqram üzrə AMEA Botanika İnstitutun tərəfindən tərtib edilən tərəfdaşlıq hesabatı uğurla qəbul edilmişdir. Deməli, alimlərimiz davamlı olaraq irəliləyərək, bu gün öz tədqiqat həyatının dəyişdirilmiş, lakin kifayət qədər funksional şəkildə davam etdiyini təsdiq edə bilirlər.
AMEA Botanika İnstitutunun direktoru,
akademık Validə Əlizadə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !