AQTA meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar üçün onlayn iclas keçirib - - FOTO

AQTA meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar üçün onlayn iclas keçirib - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün onlayn  iclas keçirib. İclasda 60-dan çox istehsalçı və ixracatçı ilə yanaşı  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri  Seymur Mövlayev və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosasiyasının sədri Bəşir Quliyev də iştirak edib.
 
Agentliyin Bitki sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova iştirakçılara ölkənin fitosanitar vəziyyəti, istehsal və ixrac olunan məhsullar, istixanalarda becərilən tərəvəzlər, ölkələrin ixrac olunan məhsullara fitosanitar tələbləri, zərərli orqanizmlərə qarşı elmi əsaslara söykənən məhvedici tədbirlər, fitosanitar sertifikatların verilməsi qaydaları barədə məlumat verib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında, eləcə də imicinin qorunmasında sahibkarların rol oynadığını qeyd edib.  Artıq  istixanalarda mövsümi olaraq məhsul yığımının başa çatdığı, sağlamlaşdırıcı tədbirlər  üçün şərait yarandığı və hər bir sahibkar tərəfindən bu kimi məsələlərə diqqətlə və məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.

Sahibkarlara verilən dəstək və təlimatlar əsasında işlər daha səmərəli qurdulduğundan istehsal və ixracda yüksək nəticələrin əldə olunduğu diqqətə çatdırılıb. Digər ölkələrdən müasir cihaz və avadanlıqların alınaraq ölkəyə gətirildiyi, yüksək keyfiyyətli preparatlarla xidmətlərin həyata keçirildiyi, bu sahədə baş verən yeniliklərə dair bilik və bacarıqlarının artırılması məqsədilə mütəxəssislərin ötən il bir sıra ölkələrə ezam olunduğu barədə məlumat verilib. Hazırda istehsal və saxlanma sahələri, dənli və paxlalı bitkilərlə yanaşı, yaş meyvə tərəvəz məhsullarının zərərli orqanizmlərinin zərərsizləşdirilməsində də nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 
Sonra müzakirələr aparılıb və təkliflər dinlənilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !