Samboçular mövsümə AÇ ilə başlayacaqlar - -FOTO=2 (AZpressAZ) İNTİQAM Məmmədov

Samboçular mövsümə AÇ ilə başlayacaqlar -FOTO=2 (AZpressAZ) İNTİQAM Məmmədov

Beynəlxalq Sambo Federasiyasının (FİAS) prezidenti Vasiliy Şestakov qurumun rəsmi saytına verdiyi açıqlamasında hazırda dünyanın qlobal probleminə çevrilən koronavirus pandemiyası üzündən təxirə salınmış yarışların nə vaxt başlaya biləcəyi haqda danışıb. O, burada hər il və bir neçə ildən bir keçirilən yarışları da nəzərə alıb. "Elə yarışlar var ki, biz onları mütəmadi olaraq, hər il keçirirdik. Elə yarışlarda var ki, əksinə. Ona görə də hər il keçirilməyən yarışları bu il təxirə salmaq olar. Məsələn, bu il ilk dəfə olaraq, Kiprdə çimərlik sambosu keçirmək istəyirdik. Amma məlum səbəbdən təxirə saldıq. Həmi yarışı gələn məvsüm keçirəcəyik" -deyən Şestakov eyni zamanda Afrika çempionatını, Paris Qran-Prisini, ustalar arasında keçirilməsi nəzərdə tutulan dünya çempionat ve eləcə də bir sıra yarışlar təxirə salındığını qeyd edib. Lakin bütün bunlara baxmayaraq, o, Avropa çempionatının bu ilin sentyabrında Yekaterinburqda (Rusiya), Xarlampiyevin Kubokunun dekarda, gənclərin dünya birinciliyinin Serbiyada, böyükləin mundialının isə Türmənistanda keçiriləcəyini bildirib.
"Yəqin ki, hər şey epidemiyanın dünyadakı vəziyyətindən və ölkə rəhbərlərinin siyasətindən asılı olacaq" - FİAS prezidenti belə deyib.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !