Kişi və qadın karateçilərin DÇ Bakıda keçiriləcək - (AZpressAZ) İNTİQAM Məmmədov

Kişi və qadın karateçilərin DÇ Bakıda keçiriləcək (AZpressAZ) İNTİQAM Məmmədov

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi bu gün növbəti toplantısını (vedeokonfrans) keçirib. Komitə üzvlərinin, o cümlədən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun da qatıldığı bu onlayn toplantıda qurumun 2021\2025-ci illərdə keçirilməsi nəzərdə tutulan yarışların təqvimi müzakirə edilib. Maraqlıdır ki, EKF 2025-ci ildə Böyüklərin Avropa çempionatının Bakıda keçirələcəyini təsdiqləyib.
EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə keçiriən virtual toplantıda həmçinin Covid 19 pandemiyasının yaratdığı çətinliklər dövründə karatenin ümumi vəziyyəti də müzakirə olunub. Bəlli toplantıda bütün bunlarla yanaşı, eləcə də həyat öz axarına düşdükdən sonra inkişaf strategiyasına yenidən baxılacağı bildirilib.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !