Hərbi əməliyyatların aktivləşməsi QHT-lər qarşısında hansı yeni vəzifələr qoyur? -

Hərbi əməliyyatların aktivləşməsi QHT-lər qarşısında hansı yeni vəzifələr qoyur?

Cəsarət Hüseynzadə: “Hər bir QHT rəhbəri, hazırkı şəraitdə üzərinə düşən ictimai məsuliyyəti dərk etməlidir”

“İnformasiya mühitinin formalaşması QHT nümayəndələrinin və ictimai fəalların üzərinə düşür”

İyulun 12-dən etibarən ErmənistanınTovuz istiqamətində həyata keçirdiyi təxribat hərbi əməliyyatların yenidənaktivləşməsinə səbəb olub.

Təmas xəttində yaranmış yeni stuasiya QHT-lərqarşısında hansı yeni vəzifələr qoyur? İndiki məqamda QHT-lərin istər orduya dəstək,istər erməni yalanlarının ifşası, istərsə də digər məsələlərlə bağlı öz fəaliyyətindədiqqət yetirməsi gərəkən hansı nüanslar var?

Moderator.az-a açıqlama verən “QHT.az”saytının baş redaktoru, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədriCəsarət Hüseynzadə məsələ ilə bağlı maraqlı məqamlara toxunub:

“Azərbaycanınmüharibə şəraitində olduğunu nəzərə alsaq, vətəndaş cəmiyyəti təşkilatlarınınformalaşması və fəaliyyətində müharibəninöz izləri var. Mövcud şəraitlə bağlı təşkilatların böyük bir hissəsi vətənpərvərliyintəbliği, şəhid ailələrinin hüquqlarının müdafiəsi və onlara dəstək, millimaraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təbliğivə bu kimi sahələrdə ixtisaslaşmışlar. Bu gün QHT-lərin əksəriyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsindəqeyd etdiyimiz fəaliyyətləri həyata keçirməyə çalışırlar.

İyunun 12-də Azərbaycan-Ermənistan təmas xəttindəaktiv hərbi əməliyyatların bərpa olunması ilə bağlı QHT-lərin həyata keçirəcəyivəzifələr də gündəmə gəldi.

Xatırlayıram ki, QHT-lər bu məsələ ilə bağlı,2016-ci ilin aprel döyüşlərində də aktiv fəaliyyət göstərdilər. Həmin vaxt QHTrəhbərləri yaralanan hərbi qulluqçulara dəstək məqsədləri ilə onları ziyarət dəetdi. QHT nümayəndələri şəhidlərimizin dəfnində iştirak etdi, vətənpərvərliyintəbliği ilə bağlı müxtəlif tədbirlər təşkil etdilər.

Hazırda pandemiya şəraitini nəzərə alsaq, bəzi tədbirlərintəşkili və tədbirlərdə iştirak məqsədə müvafiq deyil. Buna baxmayaraq, QHTnümayəndələri müxtəlif sahələrdə özbacarıqları çərçivəsində fəaliyyət göstərməkdədir.

Mən deyərdim ki, ilk növbədə müasir dövrün tələblərininəzərə alsaq, informasiya məkanında fəaliyyət əsas istiqamətlərdən biridir.Müharibə paralel aparılır. Hərbi və informasiya müharibəsi. Bu müharibədənqalib ayrılmaq üçün bir istiqamət digərini tamamlamalıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !