Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı -

Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı

“Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün artıq bir aydır  keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edəcək. Xatırladaq ki, vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbulu, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.

Azərbaycan və rus bölmələri üzrə təşkil olunacaq sınaq imtahanlarının keçid linkləri iyulun 14-dən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.

20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər. Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ veriləcək.

Qeyd edək ki, iyulun 24-də “Kurikulumun tədrisi üzrə vebinarlar”ın növbəti buraxılışında sınaq imtahanında təqdim edilən sualların düzgün cavabları veriləcək və nəticələr müzakirə olunacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !