Ukraynalı deputatlar Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qaldıqlarını bəyan ediblər - - FOTO

Ukraynalı deputatlar Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qaldıqlarını bəyan ediblər - FOTO

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvləri iyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Deputat qrupunun həmsədrləri V.Kreydenko və V.Kolyuxun, eləcə də qrupun digər üzvlərinin imzaladıqları məktubda bildirilib ki, hadisələr zamanı Azərbaycanın həlak olmuş hərbçilərinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirlər. Ali Radanın deputatları qeyd ediblər ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qalırlar.

Ukraynalı deputatlar münaqişə tərəflərini soyuqqanlı və səbrli olmağa, vəziyyətin normallaşdırılması üçün maksimal səylər göstərməyə, beynəlxalq hüquq normalarına və atəşkəs rejiminə əməl etməyə çağırıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !