Qədim Naxçıvana ermənilərin parodiya-iddiası -

Qədim Naxçıvana ermənilərin parodiya-iddiası

 1779-cu ildə erməni arxiyepiskopu İosif Donda erməni muxtariyyəti təşkil etmək qərarına gəldi. Bu məqsədlə o, həmin əraziyə Türkiyədən və Krımdan köçürülmüş on minlərlə erməni gətirdi və hətta gələcək muxtariyyətin paytaxtını – Don üzərindəki Naxçıvan adlı şəhər saldı.
Rusiya hakimiyyətindən əla güzəştlər aldı: erməni əmlakının Krımdan dövlət hesabına daşınması, iri buynuzlu mal-qaranın saxlanması üçün bir neçə min desyatin torpaq, 10 il ərzində vergilərdən sərbəst, erməni gənclərinin rus ordusunda xidmətdən azad edilməsi. Bundan başqa, hər ev sahibinə 30-40 desyatin torpaq, ev tikmək üçün pulsuz inşaat materialları ayrılırdı. Toxum, mal-qara və iş alətləri 10 illiyinə verilirdi.
Rusiya hakimiyyət dairələri erməni icması üçün böyük güzəştlərə gedir, hətta şəhər salmağa icazə verirdilər, lakin muxtariyyət yaratmağa qətiyyətlə icazə vermədilər. Yuxarıda adı çəkilən Don üzərindəki Naxçıvan şəhəri (şəhərin adı Azərbaycanın Naxçıvan şəhərinə ermənilərin bir növ parodiya-iddiası idi) sonradan Rostov-Don şəhərinin tərkibində “əridi” və itdi.
Amma Donda yaşamaları ermənilərə özlərini “Don kazakı” adlandırmaları üçün bəhanə verdi. Bu xüsusilə bir neçə il öncə mediada geniş əks-səda doğuran Aroyan soyadlı jurnalist qadınla estrada müğənnisi F.Qriqoryan (Filipp Kirkorov) arasındakı qalmaqalda özünü biruzə verdi. Bəzi KİV-lər elə belə də qeyd etdilər: guya ki, Don kazakı olan qadın əsəbiləşmiş F.Qriqoryan-Kirkorovun dediyi sözlərdən inciyib. Düzdür, sonuncu bir az “ziyan çəkdi”: ona bir müddət Ermənistana getmək qadağan olundu və planlaşdırılmış konsertləri təxirə düşdü.
Feliks Sersvadze “Ermənistan və Dağlıq Qarabağ. Miflərin formalaşdırılması” (Nyu-York, 2005-ci il) kitabından 1905.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !