Ağcabədinin Şənlik kəndində yeni körpələr evi-uşaq bağçasının təməli qoyulub. - -FOTO=9 (Mais İbrahimov-AZpress.AZ)

Ağcabədinin Şənlik kəndində yeni körpələr evi-uşaq bağçasının təməli qoyulub. -FOTO=9 (Mais İbrahimov-AZpress.AZ)

Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da tikinti – abadlıq, quruculuq işləri geniş vüsət alıb.
AZpress.AZ- ın bölgə müxbir xəbər verir ki, Ağcabədi şəhərində son illər inşa edilən, müxtəlif səpkili, müasir arxitekturanın tələblərinə cavab verən, milli koloritlə zəngin olan gözəl, yaraşıqlı binalar göz oxşayır, onları seyr etdikcə estetik zövq alırsan.
Təsadüfi deyil ki, şəhərimizdə olduğu kimi, rayonun kəndlərində də müntəzəm olaraq belə binalar tikilib istifadəyə verilir. Rayonun ən böyük kəndlərindən biri olan Şənlikdə 40 yerlik körpələr evi-uşaq bağçasının bünövrəsi qoyulmuşdur. Tikintialtı sahəsi 325 kvadrat metr olan birmərtəbəli körpələr evi-uşaq bağçasının təməlqoyma mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov iştirak etmişdir.
Şənlikdə körpələr evi-uşaq bağçası istifadəyə veriləndən sonra, rayonun ən böyük pambıq təsərrüfatlarından biri olan bu kənddə, əməksevər valideynlər uşaqlarını bağçaya qoyub, təsərrüfatla rahat məşğul ola biləcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !