BDU-nun ən yüksək ÜOMG nəticəsi göstərən məzunu adını xatirə lövhəsinə həkk etdi - - FOTO

BDU-nun ən yüksək ÜOMG nəticəsi göstərən məzunu adını xatirə lövhəsinə həkk etdi - FOTO

Bakı Dövlət Universitetindən (BDU) bu il ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə (99,35) məzun olan Teymur Məmmədəliyev (Hüquq fakültəsi) adını xatirə lövhəsinə həkk edib.

BDU-nun rektoru Elçin Babayev ən yüksək göstərici ilə məzun olan Teymur Məmmədəliyevlə görüşərək onu “BDU ailəsi”nin bir üzvü kimi ən yüksək nəticə əldə etməsi və məzun adını qazanması münasibətilə təbrik edib.  Bu gündən etibarən müstəqil həyatın vacib bir mərhələsinə qədəm qoyduğunu qeyd edərək ona yüksək ixtisaslı mütəxəssis, gələcəyimizi quran və qoruyan layiqli vətəndaş kimi baxdığını vurğulayıb. Məzuna gələcək fəaliyyətində uğurlar arzulayaraq, Azərbaycana layiqli vətəndaş olaraq ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini bildirib.

Adını BDU-nun uğur tarixinə yazdıran T.Məmmədəliyev Universitetdə oxuduğu illərin onun bir fərd olaraq inkişafında əhəmiyyətli rol oynadığını söyləyib, yaradılan təhsil şəraitinə və səmimi kollektiv mühitinə görə BDU rəhbərliyinə və müəllimlərinə təşəkkürünü ifadə edib.

Bu gündən Universitetin ənənəsinə uyğun olaraq, T.Məmmədəliyevin adı ən yüksək ÜOMG  toplayanların cərgəsində olacaq.

Onu da qeyd edək ki, Teymur Məmmədəliyev bu gün hərbi xidmətə, doğma vətənimizin keşiyində durmağa yollanır. Teymura bu müqəddəs vəzifədə, regionun ən güclü ordusunda uğurla xidmət arzu edirik!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !