BDU və Clarivate Analytics şirkəti elmi nəşrlərə dair onlayn görüş keçirib - - FOTO

BDU və “Clarivate Analytics” şirkəti elmi nəşrlərə dair onlayn görüş keçirib - FOTO

Bakı Dövlət Universiteti (BDU) “Clarivate Analytics” şirkəti ilə birgə elmi nəşrlər və BDU-da çap olunan elmi jurnalların beynəlxalq nüfuz qazanması kimi aktual məsələlərə dair növbəti onlayn tədbir keçirib. Tədbir elmi fəaliyyətin inkişaf etdirilməsi, onun keyfiyyət səviyyəsinin yüksəldilməsi və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsi məqsədini daşıyıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş görüşdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Clarivate Analytics şirkətinin MDB ölkələri və Rusiya üzrə direktoru Oleq Utkin, şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov,  Azərbaycan, Gürcüstan və Ukrayna üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin müdiri Məmməd Rəcəbov, mərkəzin şöbə müdiri Mahir Pirquliyev iştirak ediblər.

Rektor Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi yollarına diqqət çəkib, onun perspektivlərindən bəhs edib, qarşıda duran məsələlərdən danışıb.

Clarivate Analytics şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov pandemiya şəraitinə baxmayaraq 2020-ci ilin birinci yarısında BDU alimlərinin beynəlxalq indeksli jurnallarda çap olunan elmi məqalələrinin artan dinamikasını görüş iştirakçılarının nəzərinə çatdırıb. Görüşün yekununda müxtəlif elm sahələri üzrə ən nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair təlimlərin bundan sonra da mütəmadi olaraq keçirilməsi qərara alınıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !