"Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması" mövzusunda onlayn elmi seminar keçirilib - - FOTO

"Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması" mövzusunda onlayn elmi seminar keçirilib - FOTO

İyulun 24-də Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə "Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması" mövzusunda onlayn elmi seminar keçirilib.


Seminar iştirakçılarını salamlayan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov karantin döründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib.
Moderator, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov fakültənin əldə etdiyi elmi uğurlardan, danışıb. Koronavirus (COVID-19) pandemiyası səbəbilə BDU-da onlayn formatda uğurla baş tutan konfranslar, elmi seminarlar, ustad dərsləri, müzakirələr, iclasların artıq ənənə halı aldığına diqqət çəkib.


Daha sonra Ekolji kimya kafedrasının dissertantı Günay Vəliyeva "Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması" mövzusunda təqdimatla çıxış edib. Çıxışda bimtal nanohissəciklərin sintezi, atom mikroskopiyası metodu, elektron dispers spektroskopiya metodu, nanohissəciklərin köməyi ilə nitratların reduksiyası, çirklənmiş tоrpaqlar və su hövzələrinin genetik xüsusiyyətləri, ətraf mühitin qоrunmasının mahiyyəti kimi məsələlərə aydınlıq gətirilib.


Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, professor Telman Xəlilov, Coğrafi ekologiya kafedrasının müdiri Ağbabalı Akif, dosentlər Məhluqə Yusifova, Abuəli Hüseyinli, Tahir İbrahimov məruzə ilə bağlı öz fikirlərini səsləndirərək elmi seminarın çox aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu nəzərə çatdırıblar.


“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !