TRİATLON- Yığmamızın lideri Ukrayna çempionatının... - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

TRİATLON- Yığmamızın lideri Ukrayna çempionatının... -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycanın triatlon üzrə yığmasının lideri Rostislav Pevtsov aktivinə daha bir qızıl medal yazdırıb. Söhbət Ukraynanın triatlon üzrə açıq çempionatından gedir. Maraqlıdır ki, iki hıftə öncə elə bu öıkədə spirint yarışlarında ikinci yeri tutan atletimiz bu dəfə isə Olimpiya məsafəsində birinci yeri tutub. Xatırladaq ki, bu yarış atletimiz üçün mövsümün ikinci yarısına, o cümlədən 28-30 avqust aralığında Tartuda (Estoniya) keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Bir məqamı da qeyd edək ki, Azərbaycanın triatlon üzrə yığmasının üzvləri bu koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda beynəlxalq yarışlara qatılan və medal qazanan yegənə idmançılarımız olublar. Bu arada Beynəlxalq Triatlon Federasiyası yarışların təqvimində dəyişiklik edib. Qurum növbəti toplantısında böyüklər, 23 yaşadək gənclər və yeniyetmələr arasında keçiriləcək dünya çempionatının və birinciliklərin vaxtını elan edib. Beynəlxalq Federasiya 17-23 avqustda Edmontonda keçirilməsi nəzərdə tutulan Qrand-Prinin finalının və eləcə də Kanadada keçirilməsi əvvəlcədən planlaşdırılan çempionatlar pandemiyaya görə təxirə salnsa da, bu yarışların ilin sonunda keçiriləcəyi elan edilib. Lakin bu yarışların hansı formatda keçiriləcəyi hələlik bəlli deyil.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !