Pedaqoji Universitetin tələbə-gəncləri arasında "Qarabağ Şikəstəsi" adlı onlayn görüş - - FOTO

Pedaqoji Universitetin tələbə-gəncləri arasında "Qarabağ Şikəstəsi" adlı onlayn görüş - FOTO

İyulun 23-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) və Səbail rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Ağdam rayonunun işğal olunmasının 27-ci ildönümünə həsr olunmuş "Qarabağ şikəstəsi" adlı tələbə-gənclərlə onlayn görüş keçirilib.


Zoom tətbiqi vasitəsilə reallaşan görüşdə  ADPU TGT-nin sədri İsmayıl Nəsirov, Səbail rayonu Gİİ-nin rəis müavini Xasay Vəliyev, NAYORA-nın koordinatoru, millət vəkili Səməd Seyidovun köməkçisi Akif Əmirov, görkəmli sənətkarlarımız Şəmistan Əlizamanlı və Təyyar Bayramov çıxışlar edib, Ağdamın tarixi, erməni vəhşiliyi, işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda Azərbaycan gənclərinin üzərinə düşən vəzifələr, son hadisələr fonunda qlobal miqyasda informasiya müharibəsində gənclərin rolu və öhdəlikləri, ayıq və çevik, provakasiyalara uymadan təşkilatlanmış formada fəaliyyətin önəmi kimi məsələlərə toxunulub və görüş iştirakçılarının fikirləri dinlənilib, sualları cavablandırılıb. Görüş Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları və Təyyar Bayramovun ifasında "Qarabağ Şikəstəsi" ilə davam edib.


Taleh MİRZƏYEV, ADPU

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !