AzTU-nun tələbə-rektoru canlı yayımda sualları cavablandırdı -

AzTU-nun tələbə-rektoru canlı yayımda sualları cavablandırdı

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadə instagram platforması üzərindən canlı yayımda tələbələrin suallarını cavablandırıb. Təxminən bir saata yaxın davam edən görüşdə tələbələrin yay imtahan sessiyası, kəsirlərin həlli, icmal dərslərin və yay məktəbinin vaxtı ilə bağlı suallarına aydınlıq gətirilib. Tələbə-rektor belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.


Qeyd edək ki, tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !