Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb -

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Cari ilin 16 – 25 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 53 880 namizəd qeydiyyatdan keçib. Onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !