AzTU ilə Bestcomp Group şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı -

AzTU ilə Bestcomp Group şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bestcomp Group şirkətində işgüzar görüş keçirib.


Görüşdə Bestcomp Group-un Müşahidə Şurasının Sədri Rauf Həsənov şirkətin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət biznes proseslərin avtomatlaşdırılması,  şəbəkə həlləri, təhlükəsizlik infrastrukruturunun qurulması, kəsintisiz enerji təminatı və soyutma sistemləri, şəbəkə kabel sistemləri, biznesin davamlılığının planlaşdırılması üzrə məhsul və xidmətlər təklif edir. 


AzTU-nun rektoru Vilayət Vəliyev elmi-innovativ əməkdaşlığın inkişaf etdirilməsində, tələbələrin təcrübə proqramlarına, biznes layihələrin hazırlanmasına cəlb olunmasında Bestcomp Group kimi şirkətlərin xüsusi rolu olduğunu vurğulayıb.


Şirkətlə tanışlıq zamanı qonaqlar AzTU məzunlarından ibarət işçi heyətin real iş prosesini izləyib.
Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !