Azərbaycanın yeni Təhsil naziri kimdir? -

Azərbaycanın yeni Təhsil naziri kimdir?

Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halı açıqlanıb.

Təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.


"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  ABŞ-ın Kolumbiya Universitetində dövlət  idarəçiliyi  üzrə magistr proqramını bitirib.


Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.


2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.


Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.


Ailəlidir, 2 övladı var.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2020-ci il.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !