Peşə təhsili sahəsində növbəti qarşılıqlı əməkdaşlıq - - FOTO

Peşə təhsili sahəsində növbəti qarşılıqlı əməkdaşlıq - FOTO

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi tərəflərin təlim və istehsalat bazası, mövcud təcrübəli kadr potensialından bəhrələnərək əmək bazarının tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlığının təmin edilməsindən ibarətdir.

Görüş zamanı tərəfləri maraqlandıran gələcək perspektivlər də müzakirə olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !