Dərman preparatlarını gizli şəkildə keçirməyə cəhd etdilər - - FOTO

Dərman preparatlarını gizli şəkildə keçirməyə cəhd etdilər - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə müxtəlif adda dərman preparatlarının və tibbi avadanlıqların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin "Qırmızı Körpü" gömrük postunda 3 ədəd " Mercedez Benz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində, gömrük nəzarətindən gizlədilən 1783 həb, 612 kapsul, 9 şüşə qablaşdırma və 6 ampul müxtəlif adda dərman preparatları, həmçinin 900 ədəd tibbi maska, 6 ədəd şpris və 2 ədəd avtomobil ehtiyat hissəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !