QARABAĞDA MÜVƏQQƏTİ ERMƏNİ HÖKUMƏTİ 1917-1920: - gündəmdə olmayan həqiqətlər. - Faiq İSMAYILOVun araşdırması (FOTO=9)

“QARABAĞDA MÜVƏQQƏTİ ERMƏNİ HÖKUMƏTİ” 1917-1920: - gündəmdə olmayan həqiqətlər. Faiq İSMAYILOVun araşdırması (FOTO=9)

1917-ci ildəQarabağda erməni seperatçıları tərəfindən yaradılan “Qarabağ Müvəqqəti
Erməni Hökuməti” təşkilatı 1920-ci ildə Şuşanın General Qubernatoru Xosrov bəy Sultanov tərəfindən dağıdıldı.


Keçən əsrin əvvəllərində ermənilər planlaşdırırdılar ki, Axalkalakini, Borçalını, Naxçıvanı və Zəngəzuru İrəvan şəhəri ətrafında rus çarı Nikolayın sərəncamı ilə yaradılan “Erməni vilayəti”-nə birləşdirib, Qarabağda ikinci bir erməni dövləti yaratsınlar və bu ikinci erməni dövlətinin sərhədlərini Bakı və Gəncə istiqamətində genişləndirərək Azərbaycanı ümumiyyətlə dünya xəritəsindən silsinlər. Ermənilərin bu təşəbbüsünə əvvəllər çar Rusiyası, Sovet Rusiyası və indiki “demokratik” Rusiya bütün qüdrəti ilə dəstək verdi.

Ermənilər rusiyanın təşəbbüsü ilə Birinci Dünya müharibəsinin (1914-1918) yaratdığı
“əlverişli” tarixi şəraitdən istifadə edərək Zəngəzur və Qarabağ bölgələrində güclü hərbi
qüvvələr formalaşdırmışdılar. Bu hərbi kontigentlərin əsasını Rusiyada təlim keçmiş zabitlər
və Türk ordusundan qovulan erməni əsilli əsgər və zabitlərdən ibarət idi. Həmin dəstələr birbaşa Rusiya tərəfindən silahlandırılırdı.

Artıq Zəngəzurda və Qarabağda kifayət qədər güclənən erməni millətçiləri Qarabağda
erməni Dövləti yaratmaq üçün, 18 sentyabr 1917-ci ildə Şuşa şəhərində hüquqşunas Levon
Vartapetyanın evində gizli şəraitdə toplaşaraq 14 nəfərdən ibarət Qarabağda Müvəqqəti
Erməni Hökumətinin tərkibini elan etdilər. Bu tərkibə:
1. Ayrapert Musaelyan,
2. Anuşavan Mikaelyan,
3. Eqiş İşxanyan,
4. Arutyun Tumanyan(Tumyan),
5. Astsatur Avetisyan,
6. Aşot Melik-Avsepyan,
7. Levon Vartapetyan,
8. Nikolay İsaxanyan,
9. Ripisme Melik-Ovsepyan,
10. Aram Mikaelyan,
11. Aleksandr Melkumyan,
12. Aleksandr Tsaturyan,
13. Armen Karakozyan,
14. Melikset Eseyan daxil idilər.
Bu təşkilata sədr Ayrapert Musaelyanı, katib isə Nikolay İsaxanyanı seçdilər. Eyni zamanda
Arutyun Tumyanın rəhbərliyi ilə hərbi məsləhət şurası yaradıldı. Hərbi Şuranın tərkibinə Polkovnik Artaşes Mıkırtıçyan, kapitan Ayvazyan Mardi Ayvazoviç və kapitan Melik-Şaxnazaryan Samson Osipoviç daxil edildilər. Qarabağ silahlılarının komandandiri isə Çiknaveryan soyadlı yüksək titullu bir zabit təyin edildi. Adları çəkilən bu cinayətkar dəstə, 2 il ərzində Qarabağda və Zənğəzurda çoxlu sayda talanlar və qırğınlar törətdir, Azərbaycanın bütün bölgələrində əhalini daim səksəkə və qorxu içərisində yaşadırdılar. Sonralar Melik-Şaxnazaryan xatirələrində yazırdi ki, “...Biz fəaliyyətimizin ilk ilində Qarbağda azərbaycanlılara qarşı döyüşmək üçün 17 min nəfər erməni döyüşçü səfərbər etməyə müvəffəq olduq...” (Zare Melik-Şaxnazarov Zapiski karabaxskoqo soldata, səh,6. Moskva, 1995).

1917-ci ildən etibarən ermənilər Dağlıq Qarabağa və ətraf bölgələrə xeyli sayda canlı
qüvvə və hərbi sursat toplammağa başlamışdılar. Ermənilər Qarabağda üç alay təşkil etmişdilər. Alaylardan hər biri müasir silah-sursat və toplarla təmin edilmişdi.

• Birinci alaya Dro ləqəbli general (Drastamat Kanayan) rəhbərlik edirdi onun vəzifəsi Hadrut ərazisi istiqamətindən Şuşanın Gəncə qapısına qədər olan ərazilərə nəzarət etmək idi.

• Ikinci alaya Nejde ləqəbli (Qaregin Ter-Artunyan) rəhbərlik edirdi bu alay indiki Laçın rayonu istiqamətindən qalanın İrəvan qapısına qədər olan ərazilərə nəzarət edirdi.

• Üçüncü alayın vəzifəsi isə Xankəndi və Ağdərə istiqamətindən Şuşaya köməyə
ğələn azərbaycanlıların qarşısını kəsmək idi. Əgər Şuşa üzərinə ermənilərin hücumları başlayardısa Daşkəsən rayonunun Bayan kəndi ətrafında və Azərbaycanın digər ərazilərində gizlənən polkovnik Eqor Ter-Avetikyanın çoxminlik ordusu Daşkəsən istiqamətindən Qarabağ üzərinə hücuma keçəcəkdi.

Lakin ermənilər xüsusi bir hiyləgərliklə azərbaycanlıların yaşayış məntəqələri ətrafında
yaratdıqları mühsirəni tədricən daraldır, kəndlərin bir-biri ilə əlaqələrini kəsir və bu əraziləri
işğal etmək üçün Rüsiyanın xüsusi icazəsini gözləyirdilər.

Şuşada ermənilər azərbaycanlılara şəhəri tərk etməyi tövsiyyə edirdilər. Etiraz edənləri öldürür evlərini yandırırdılar. Küçəyə çıxan azərbaycanlı uşaqları, qocaları, qadınları kütləvi şəkildə öldürülürdülər. Şəhərdə vəziyyət ağır idi, kənardan ərzaq və digər zəruri malların gətirilməsinə icazə verilmirdi.
Qarabağın digər ərazilərində də azərbaycanlı əhalisinin çoxu evlərindən bayıra çıxa bilmirdilər. Kəndlərdə aclıq və səfalət hökm sürürdü. Qətllər və talanlar ara vermirdi. Xarici aləmlə əlaqəsi kəsilən Qarabağda yaşayan azərbaycanlı əhali həyatda qalmaq uğurunda boş əllə olsada ermənilərə qarşı ciddi müqavimət göstərməyi bacarırdılar.

O dövrün rəsmi sənədlərində göstərilirdi ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində
gizlənən və vahid mərkəzdən idarə olunan ermənilər 15 min atıcı döyüş silahına, o cümlədən revolyerlərə, “Mauzer” tipli alman tapançalarına, 6 rusiya istehsalı olan “Maksim” tipli pulemyota, 2 artileriya silahına malik idilər. Bundan başqa Şuşadakı erməni bazarının yaxınlığındakı erməni sahibkarlarına məxsus villaların zirzəmilərində Qriqor Baqdatyanın rəhbərliyi altında atıcı silahların patronları, əl qumbaraları və uzaqvuran atıcı silahlar istehsal edən gizli sexlər yaradılmışdı. Silahların alqı-satqısı və tələb olunan məntəqələrə çatdırılması Şuşadakı erməni bazarında əyləşən xüsusi təyənatlı agentlər tərəfindən gizli şəraitdə həyata keçirilirdi.

Rusiyanın daha bir cəhdi isə müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq
Cümhuriyyətini ermənilərin əli ilə elə beşikdəcə məhv etmək təşəbbüslərini həyata keçirmək
idi. Məhz buna görə də Rusiya, Azərbaycanın bütünlüklə Qərb hissəsini, o cümlədən
Azərbaycanın digər bölgələrini (1828 –ci ildə rus çarı 1-ci Nikolayın 1825-55 saylı sərəncamı
ilə İrəvan xanlığı əsasında yaradılmış) «erməni vilayəti»nə birləşdirmək istəyirdi. Elə bu
səbəbdən də Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə bölgələrində iğtişaşlar yaradaraq,
Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül tapmış Azərbaycan Xalq
Cümhuriyyətini daxildən sarsıdaraq məhv etmək istəyirdi.

1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı.

O dövrdə Azərbaycan rəhbərliyi düşmən qüvvələrin məkirli niyyətlərindən xəbərdar olsalar
da, onlar qonşu dövlətlər olan Rusiyanın və ya İranın beynəlxalq səviyyədə tanınan
müstəqil Azərbaycan dövlətinin ərazilərinə açıq şəkildə təcavüz edəcəyinə o qədər də inanmırdılar.

lakin Rusiya və İran dövlətlərinin Azərbaycana təziqləri davam edirdi. Müstəqilliyini
yenicə elan edən hələ öz hərbi qüvvələrin komplektləşdirməyə macal tapmayan bir dövlətin
bu cür təziqlər qarşısında duruş gətirməsi olduqca çətin idi... Üstəlik ölkədaxili siyasi gərginlik və xarici təziqlər ölkə rəhhbərləri qarşısında ciddi çətinliklər yaradırdı.

Azərbaycandakı siyasi gərginliyi daha da artırmaq üçün Rusiya İranda hələ birinci dünya
müharibəsi ərəfəsində yerləşdirdiyi hərbi kontigentinin bir hissəsini Qarabağa yeritmək üçün
məxfi tapşırıq vermişdi. O zaman faktiki olaraq Şuşaya toplaşan erməni silahlıları mərkəzi
Şuşa olmaqla bütün Qarabağ bölgəsinə nəzarəti öz əllərinə almışdılar.

Azərbaycanın xeyrinə olmayan belə bir qarışıq və mürəkkəb şəraitdən ruhlanan Qarabağda
toplaşmış erməni silahlıları, xüsusi azğınlıq nümayiş etdirərək Əsgəran istiqamətindən
Şuşaya gələn bütün yolları və keçidləri bağlamışdılar.

Bu hadisə daha çox İrandan Qarabağa ermənilərin köməyinə gələn rus hərbçilərini qarşılamaq üçün hazırlıq məqsədi daşıyırdı. Çünki, Qarabağdakı erməni silahlıları məlumat almışdılar ki, 1918-ci ilin mart ayında İrandan Rus ordusuna məxsus beş min nəfərlik bir Ordu Araz çayı üzərindəki Xudafərin körpüsündən keçərək Şuşa şəhərinə ermənilərin müdafiəsinə gəlirlər.

Ermənilərin səbirsizliklə gözlədikləri bu hərbi qüvvə Rusiyanın Ekspedisya Korpusunun tərkibində 1914-cü ildən 1918-ci ilə qədər olan dövrdə (I Dünya müharibəsi ərəfəsində) İrana yerləşdirilmişdi. Artıq öz missiyasını başa vuran rus hərbi bölmələri İran dövlətinin xahişi ilə artıq oradan çıxarılırdı.

Nəhayət ki, ermənilərin intizarına son qoyan rus qoşunları mart ayının 23-də Cəbrayıl
rayonu ərazisindən keçərək Şuşaya gəldilər. Onların gəlişini bayram edən ermənilər çox
keçmədi ki, peşman oldular. Belə ki, rus hərbçiləri pasxa bayramından bir neçə gün sonar Rusiyaya gedəcəklərini bəyan etmişdilər. Onlar məqsədlərini belə izah edirdilər ki, Rusiyada bolşevik inqilabından sonra hərbi komandanlıq ləğv olunduğundan çar ordusu əslində özünün bütün səlahiyyətlərini itiribdir.

Bu xəbərdən sarsılan ermənilər rus zabitləri ilə görüşüb, danışıq yolu ilə onların Qarabağda qalıb ermənilər tərəfdən azərbaycanlılara qarşı vuruşmağa razı salmağı qərara aldılar. Ermənilər mümkün qədər rusları burada ləngitməyə və Qarabağda azərbaycanlılara qarşı
döyüşməyə həvəsləndirmək istəyirdilər.

Bu hadisədən çox-çox sonralar erməni zabiti Samson Melik-Şahnazaryan yazırdı ki, onların rus zabitləri ilə ilk görüşləri Şuşadakı Rus Provaslav kilsəsində baş tutmuşdu. Bu görüşdən ermənilər o qədər də razı qalmamışdılar. Belə ki ruslar azərbaycanlılarla münaqişə başlayarsa erməniləri dəstəklədiklərini bildirsələr də tezliklə öz vətənlərinə Rusiyaya qayıtmaqda qərarlı idilər.

Bu bölgədəki situasiyanı ciddi nəzarətdə saxlayan Azərbaycanın hökumət rəhbərləri, bütün
qeyri-qanuni hərbi birləşmələri ləğv etmək, eyni zamanda Qarabağda yerli türk-müsəlman
əhaliyə qarşı talanlar və qətllər törədən erməni-daşnak silahlılarını tərksilah etmək və bölgədə
Azərbaycanın qanuni hakimiyyət strukturlarının işini bərpa etmək məqsədi ilə 1918-ci ilin
sentyabr-oktyabr aylarında Qafqaz İslam ordusuna daxil olan Türk və Azərbaycan hərbi
hissələrindən təşkil olunmuş Qarabağ hərakatı hərbi qüvvələri yaradıldı.

Bu hərbi qüvvələrə (hərəkata) rəhbərlik birinci Azərbaycan divizyasının komandiri Cvid Cahid bəyə həvalə edildi. Bu diviziyanın tərkibində birinci, ikinci və üçüncü süvari alayları, ikinci piyada alayı, milli könüllü bölmələr habelə bir Şnayder dağ toboru və zirehli avtomobillər iştirak edirdilər.

Qarabağda və Zəngəzurdakı qırğınları dayandırmaq üçün, Nuru paşa da 1918-ci il sentyabrın
21-də Qarayazı və Ləzgi süvari alaylarının Yevlağa oradan da Bərdəyə yola düşməsinə əmr verdi. Onun 23 sentyabr tarixli əmri ilə digər hərbi hissələr də Qarabağa yola salınmağa başladı.
Bu hərbi hissələr sentyabrın 25-dən etibarən Qarabağ ərazisinə daxil olaraq Ağdam
şəhərində möhkəmləndilər. Cəmil Cahid bəy erməni silahlılarının silahlarını təhvil verməyi və
Azərbaycan Hökumətinə tabe olmaları barədə Qarabağ ermənilərinə ultimatum göndərdi.

Oktyabın birində artıq Nuru paşa da Ağdama gəlmişdi. O burada cəmləşən qoşun
hissələrinin döyüş hazırlığını yoxlayırdı.

Ermənilər Cəmil Cahid bəyin bu kəskin ultimatumundan sonar Azərbaycan tərəfinə danışıq təklif etdilər. Onlar 5 nəfərdən ibarət erməni nümayəndə heyətini Şuşadan Ağdama Cəmil Cahid bəyin yanına göndərərək Azərbaycan hökumətini müəyyən şərtlər daxilində tanıyacaqlarını bildirdilər.

Ermənilərin bu təklifinin arxasında məkirli bir niyyətin durduğunu anlayan Cəmil Cahid bəy, ermənilərdən üçünün həbs edilməsini və ikisinin buraxılmasını əmr etdi. Buraxılanlara tapşırıldı ki, gedib rəhbərlərinə desinlər:-ərazidə gizlənən bütün erməni silahlıları qısa müddət ərzində gəlib təslim olmasalar o zaman Şuşa üzərinə hücum başlayacaqdır.

Oktyabrın 4-də ermənilərdən heç bir cavab almayan Cəmil Cahid bəyin Qarabağ hərbi
dəstəsi Şuşaya doğru hərəkətə başladı və elə həmin gün Əskaran ətrafında güclü döyüş
baş verdi. 2-ci və 9-cu alaylar Kətik-Daşbaşı, Ağbulaq kəndlərini azad edib, Əsgərana doğru
hərəkət edərək ermənilərin müqavimətini tamam qırdılar.

Bununla da Şuşa yolunda əsas müqavimət səddi aradan qaldırıldı. Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd kəndində olan erməni silahlıları müqavimət göstərsələr də çox tez təslim oldular. Ermənilər aldıqları ilk ağır zərbədən sonra geri çəkildilər. Artıq bu hadisədən sonra Şuşadakı rus hərbi komandanlığı da bu döyüşlərdə iştirak etmək istəməyərək öz vətənlərinə yola düşmək üçün hazırlığa başladılar.

Rusların bu istəyi Şuşadakı erməni silahlılarının rəhbərlərini təcili toplanmalarına səbəb oldu.
Qarabağın erməni icmsının rəhbəri Ayrapet Musaelyan, icma üzvü Artyom Tumyan, erməni
hərbi məsləhət şurasının üzvü Samson Melik-Şahnazaryan və erməni silahlılarının komandiri
Çiknaveryan təcili müşavirə keçirdilər.

Müşavirədə ermənilər rus silahlılarının müqavimətini qıraraq yeri gəlsə onları zorla azərbaycanlılara qarşı döyüşməyə məcbur etmək, əgər bu mümkün olmasa rus hərbçilərini tərksilah edərək yola salmaq məsələsi müzakirə edildi.

Rusların tərksilah edilməsi məsələsi erməni zabitlər arasında xeyli mübahisələrə və fikir
ayrılıqlarına səbəb oldu. Samson Melik-Şahnazaryan bildirdi ki, əgər rüslar tərksilah edilərsə
Rus Hökumətinin ermənilərə olan münasibəti tamam dəyişə bilər. Odur ki, gəlin bu işdən vaz
keçib onları biz özümüz hörmətlə vətənlərinə yola salaq.

Ayrapet Musaelyan Samsona etiraz edərək bildirdi ki, bizim bu taxtabaş zabitlərimiz bilmirlər ki, ruslar buradan çıxan kimi onsuz da onları Azərbaycan hökuməti tərksilah edəcək, bizə isə silah daha çox vacibdir biz ən azından onların yalnız özlərinin razılıqları ilə silahlarına sahib olmalıyıq. Bu yerdə erməni silahlılarının komandiri Çiknaveryan özündən çıxaraq bildirdi ki, mən rusların təkcə ehtiyat silahları ilə 3000 min əsgərimi silahlandıra bilərəm, onda biz onların heç olmasa ehtiyat silahlarını əllərindən alıb özlərini isə azərbaycanlılara təslim etdirib buradakı mövcudluğumuzu qoruyaq. Onsuz da azərbaycanlılar bizə silahlarımızı təhvil vermək barədə ultimatum göndəriblər. İndi siz öz başınızın salamat olmağını arzulayırsınızsa bunu qəbul etməlisiniz.

Ermənilər qardaş deyib əllərindən öpdükləri rus hərbçilərinin ehtiyat silahlarını əllərindən
alaraq özlərini ağ bayraqla Əsgəran istiqamətinə azərbaycanlıların mövqelərinə tərəf yola
saldılar. Lakin ermənilərin qurduqlqrı bu oyunda rusların ehtiyat silahları da onlara kömək etmədi. Belə ki, 1-ci Azərbaycan Diviziyası və onun tabeçiliyinə verilmiş hissələr, Ağdamdan inamla hərəkət edərək artıq ayın 8-də Şuşaya daxil oldular. Eyni zamanda ayın 4-də Əsgəran ətrafında döyüşə girən hərbi qüvvələrimiz orada qalaraq, sonrakı günlərdə elə bir ciddi müqavimətlə rastlaşmadan yolüstü erməni kəndlərdən silah-sursat toplamaqla məşğul oldular.

Şuşa əhalisi Qafqaz İslam Ordusuna daxil olan Qarabağ hərakatı hərbi qüvvələrini
sevinclə qarşıladılar. Şuşadakı erməni silahlılarının bir qismi silahı yerə qoyaraq təslim oldular, bir qismi isə Zəngəzur istiqamətində geriyə çəkildilər. Qarabağdakı erməni zabitlərinin bir çoxu Gürcüstana qaçaraq orada hərbi səfərbərlik elan etdilər.

Azərbaycan hökuməti, Qarabağa nəzarəti əlində saxlamaq üçün, 1-ci Azərbaycan Diviziyasınin qərərgahının Şuşada yerləşdirilməsi planlaşdırılırdı. Dviziya getdikcə ağırlaşan
bu gərgin şəraitdə bölgənin təhlükəsizliyini təmin etməli idi. Azərbaycan Hökumətinin bu
mövqeyi ilə razılaşmayan Rusiya isə digər havadarları ilə birlikdə Qarabağdakı ermənilərin
mövqelərini gücləndirmək üçün müxtəlif vasitələrlə Türkiyəyə güclü təziq göstərərək Qafqaz
İslam Ordusunun Qarabağdan çıxarılmasını inadla tələb edirdi. Müharibələrin vurduğu
zərbələrdən iqtisadiyyatını hələ tam bərpa edə bilməyən Türkiyə bu təziqlər qarşısında baş
əyməyə məcbur idi.

Yaranmış mürəkkəb beynəlxalq tarixi şərait, Türkiyənin Cənubi Qafqazdan geri çəkilməsinə
səbəb oldu. İmzalanan Mudros barışığı (1918) razılaşmasının şərtlərinə görə, türk hərbi
qüvvələri Azərbaycandan geri çağırıldı. Bu isə Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünün daha da azğınlaşmasına səbəb oldu. (Mudros müqaviləsi, 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi «HMS Agamemnon» gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci Dünya Müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir).

Qafqaz İslam Orduasu Qarabağı tərk edəndən sonar erməni silahlıları yenidən Qaranağa qayıtdılar. 18 sentyabr 1917-ci ildə Şuşa şəhərində yaradılan erməni Müvəqqəti Hökumətidə Şuşaya qayıdaraq özlərinin mənzil qərargahlarını yaratdılar.

Qarabağdaki 9-cu və 106-cı türk alaylarının geri çağrılmasından sonra general-mayor
Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə
aparmaq bütünlüklə Azərbaycanın hərbi hissələrinin öhtəsinə düşdü.

Qafqaz İslam Ordusunun Qarabağdan çıxarıldıqdan sonra ermənilərin Qarabağda və
Zəngəzurda əl-qolları tamam açıldı. Zəngəzurda vəziyyət günü-gündən ağırlaşırdı. Burada
Qarabağdan qovulan erməni silahlıları xüsusi ilə azğınlıq edirdilər. Dinc əhalini öldürür
əmlaklarını talan edir hətta bəzən bir kəndi və ya bir obanı tamamilə yandırıb məhv edirdilər.
Ölkədə qaçqınların sayı durmadan artırdı. Bu isə bölgələrin itirilməsi şansını getdikcə artırdı.
Artıq Zəngəzuru və Qarabağı ələ keçirmək üçün ermənilər, Rusiyada xüsusi təlim keçmiş
əksəriyyəti erməni millətçilərindən olan xüsusi təyinatlı bir süvari alayı Rusiya-Gürcüstan yolu ilə Göyçə gölünün sıldırımlı dağ aşırımlarından keçirdərək gətirib Gorus rayonunun Dığ (Tex) kəndi istiqamətlərində yerləşdirdilər. Bu ordunun komandanlığı Baltik Hərbi Dəniz Qoşunlarında xidmət keçmiş polkovnik «Muxan» ləqəbli Mixail Osipoviç Melik-Şaxnazaryan edirdi. Bu şəxs Şuşada gizli şəraitdə yaşayan Erməni Hərbi məsləhət şurasının üzvü kapitan Samson MelikŞahnazaryanın doğma qardaşı idı.

Ordu Gorusa yetişdikdən sonra Melik-Şaxnazaryan Qarabağa nəzarəti tamamilə öz
əlində cəmləşdirmək üçün, Şuşaya Erməni Müvəqqəti Hökumətin ünvanına tez-tez məktub
göndərib Şuşa üzərinə hücum etmək üçün tapşırıq almaq və ordu rəhbərliyində dəyişiklik
etmək istəsə də göndərdiyi məktublara cavab gəlmirdi.

O, bu işdə günahı daim höcətləşdiyi və nifrət etdiyi alayın komisarı Avakda görürdü. O, güman edirdi ki, Avak onun ünvanına gələn məktubları gizlicə götürüb oxuyuyur sonra cırıb atır ki Mixail məlumatlardan xəbərsiz olsun. Melik-Şaxnazaryan bu məsələni araşdırmaq üçün, gizlicə bir çaparla Şuşaya, qardaşı Samson Melik-Şahnazaryana məktub yazdı. Məktubda deyilirdi: - “Əzizim Samsoncan, xahiş edirəm Şuşadakı Müvəqqəti Erməni Hökumətin qərargahına gedib mənim ünvanıma gələn cavabları yoxlayasan. Mənə gələn məktubları Avak alıb oxuyur və cirib atir, bu çox etibarsız və əclaf adamdır. Onu təcili vəzifəsindən azad etmək lazımdır. Bu məktubu lazımi yerlərə şəxsən çatdırasan. Biz hər an Qarabağa girməyə hazırıq. Bir hadisəni də deyim bil, dünən mən tualetdən çıxanda sənin qonşun Pel-Tanuns Nikolayın oğlu öz silahını mənə tuşlayaraq dedi: - Əgər sən bu saat mənim döyüşçülərimə və mənə evə dönməyimizə əmr verməsən səni güllələyəcəyəm. Bunu arxadan müşahidə edən odunun komissarı Avak onu güllə ilə vuraraq öldürdü. Sən o yaramaz qonşuna de ki, mən Şuşaya qayıdası olsam hökmən gəlib onunla hesablaşacam. Sağ ol uşaqları öpürəm. Muxan.”
(Zare Melik-Şaxnazarov Zapiski karabaxskoqo soldata,səh, 21. Moskva, 1995).


Faiq İSMAYILOV.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !