AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırmışdır - - FOTO

AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırmışdır - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirmişdir.

Həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılmışdır.

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !