20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş tədbir keçirilmişdir -

20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

18 yanvar 2012-ci il tarixdə Bakı şəıhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda 20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, 20 yanvar cəmiyyətinin sədri Soltan Əzimzadə çıxış etmişlər.Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.
I yerə Aysel Babazadə (Xətai rayon 287 saylı orta məktəb), II yerə Gültac Süleymanova (Səbail rayon 236 saylı orta məktəb), III yerə Fatimə Məmmədova (Nərimanov rayon 207 saylı orta məktəb), fərqlənmiş yerlərə isə Nərmin Abbasova (Qaradağ rayon 288 saylı orta məktəb), Vüsalə Şahbazova (Suraxanı rayon 140 saylı orta məktəb), Səbinə Teymurova (Binəqədi rayon 301 saylı orta məktəb), Ləman Əlimərdanova (Nəsimi rayon 1 saylı orta məktəb), Aytən İbrahimova (Xəzər rayon 92 saylı orta məktəb), Səkinə Teymurlu (Nərimanov rayon 193 saylı orta məktəb), Gövhər Qurbanova (Yasamal rayon 38 saylı orta məktəb), Elnarə Veyisova (Suraxanı rayon 280 saylı orta məktəb) layiq görüldülər.
I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !